Previous Next
Bağla

Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

20-02-2015 11:44
Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

International Data Corporation (IDC) analitik şirkəti 2015-ci il üçün əsas texnoloji tendensiyaların siyahısını tərtib edib.

Xəbərlər-in verdiyi məlumata görə, onların sırasında böyük ekranlı smartfonlar (fabletlər), Əşyaların interneti (Internet of Things, IoT), 3D çap və s. yer alıb.
 
Ekspertlərin proqnozlarına görə, Çin iqtisadiyyatının artım tempinin zəifləməsinə baxmayaraq ölkədə informasiya texnologiyaları (İT) bazarı artım nümayiş etdirəcək. Məsələn, Çində 500 milyon smartfonun satılacağı gözlənilir ki, bu da ABŞ-da satılacaq smartfonların sayından 3 dəfə çoxdur və nəzərdə tutulan dünya həcminin üçdə bir hissəsinə uyğundur. Mobil sənaye ilə yanaşı, Çində elektron ticarət və “bulud” texnologiyaları biznesi genişlənir.
 
Mütəxəssislərin proqnozlarına görə, dünya smartfon bazarının artımı əsas etibarilə böyük ekranlı qurğuların populyarlığından asılı olacaq. 2014-cü ildə bu qurğuların satılmış smartfonların ümumi həcmində payı 11 faiz təşkil edib, bu il isə 18 faizədək artacağı gözlənilir. Bildirilir ki, mobil qurğuların ümumi satış həcmi 484 milyard dollara çatmaqla İT sahəsinin artımına 40 faiz əlavə edəcək.
 
Daha bir texnoloji tendensiya kimi IDC nümayəndələri Əşyaların interneti bazarının inkişafını hesab edirlər. Analitiklərin qiymətləndirməsinə görə, 2015-ci ildə Əşyaların internetinə ümumdünya xərcləri 1,7 trilyon dolları ötəcək ki, bu da bir il əvvəlki göstəricidən 14 faiz çoxdur. 2020-ci ilədək bazar həcminin 3 trilyon dollara çatacağı, internet şəbəkəsinə qoşulan qurğuların sayının iki dəfə artaraq 30 milyarda yüksələcəyi gözlənilir.
 
Ekspertlər həmçinin cari ilin yekunları üzrə iritutumlu məlumatlar (Big Data) və onların analizi üçün alətlər bazarında 125 milyard dollaradək artım proqnozlaşdırırlar. Analitik məhsullara xərclər üç dəfə artacaq ki, bunu da IDC mütəxəssisləri son iki ildə bəşəriyyətin bu vaxtadək hasil etdiyi rəqəmli informasiyadan daha çox informasiya hasil etməsini nəzərə almaqla təəccüblü hesab etmirlər.    
Məlumat emalı üçün getdikcə daha çox BULUD servislərindən istifadə edilir. Analitiklərin proqnozuna görə, 2016-cı ilədək hesablama maşınlarının təxminən yarısı və saxlanılan məlumatların həcminin 70 faizi BULUD məlumat emalı mərkəzlərində yerləşdiriləcək. Cari ildə ekspertlər bu bazarda bir neçə iri sazişin imzalanmasını və şirkətlərin satın alınmasını proqnozlaşdırırlar.
 
Dünya texnoloji sənayesində sonuncu əhəmiyyətli tendensiya kimi IDC təmsilçiləri biometriya və üçölçülü çap texnologiyalarının inkişafını qeyd edirlər. Analitiklərin proqnozuna görə, 2015-ci ildə mobil qurğuların 15 faizi biometrik funksiyalarla təchiz ediləcək, beş ildən sonra bu pay göstəricisi 50 faizədək artacaq. 3D printerlər bazarında mədaxilin 27 faiz - 3,4 milyard dollaradək artacağı gözlənilir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016

Dünyada İT xərclərin həcmi nə qədərdir?

02-03-2017

Daşınan elektronika bazarında üçqat artım gözlənilir

19-06-2015

“Əşyalar interneti” bazarında ikiqat artım gözlənilir

12-01-2017

“Wi-Fi” şəbəkəsini dəstəkləyən qurğuların tədarükü 3,75 milyard ədədə çatacaq

18-04-2015

Mobil telefonların satış həcmi iki dəfə artacaq

22-12-2009

Planşetlərin tədarükü azalacaq

27-08-2015

İKT bazarında 3,7 faiz artım proqnozlaşdırılır

25-06-2018

Smartfonların satışı azalacaq

09-09-2015

Gələn il 3D printerlərin satış həcmi 2 dəfə artacaq

23-12-2015

Dünya İT bazarında 3 faiz illik artım proqnozlaşdırılır

13-02-2017

2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

20-10-2016

2015-ci ildə 2 milyard mobil telefon satılacaq

15-10-2015

“Əşyaların interneti” bazarının illik həcmi açıqlanıb

06-06-2015

Dünyanın İT-bazarı il ərzində $1,5 trilyonadək artıb

14-02-2011

Dünya İT bazarında durğunluq gözlənilir

10-07-2019

“Əşyaların İnterneti” bazarının həcmi 1,7 trilyon dollara çatacaq

03-06-2015

Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

16-01-2017

Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

22-06-2015

Gartner: “Bu il dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

19-04-2017

Dünya İT bazarında azalma qeydə alınacaq

08-04-2016

Mobil İnternet bazarının həcmi 3 dəfə artacaq

26-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə