Previous Next
Bağla

“Mobil notariat” tətbiqinin istifadəçiləri iki dəfə artaraq 900 minə çatıb

18-01-2024 17:19
“Mobil notariat” tətbiqinin istifadəçiləri iki dəfə artaraq 900 minə çatıb

Ədliyyə fəaliyyəti ilə bağlı əhalinin hüquqi biliklərinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin internet və sosial platforma səhifələrinin və media subyektlərinin imkanlarından geniş istifadə olunmaqla ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Xeberler.az -a verilən məlumata görə, yanvarın 18-də nazirliyin rəsmi feysbuk səhifəsində canlı yayımda “Notariat sahəsində aktual məsələlər” mövzusunda onlayn brifinq keçirilib.

Tədbirdə nazirliyin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin aidiyyəti məsul işçiləri – Notariat idarəsinin rəhbəri Mirağa Abbasov və böyük məsləhətçisi Seymur İsmayılov, baş idarənin Nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə və Azərbaycan Notariat Palatası idarə heyətinin sədri Hüseyn Məmmədov iştirak ediblər.

Brifinqdə ölkəmizin sosial-iqtisadi tərəqqisində və vətəndaşların mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həllində mühüm rol oynayan notariat institutunun inkişafı ilə bağlı görülən işlər, qanunvericilikdəki yeniliklər, bu sahədə tətbiq olunan rəqəmsal innovasiyalar barədə vətəndaşlara məlumat verilib.

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində notariusun öhdəliklərindən danışılaraq bununla bağlı ötən il qüvvəyə minmiş yeni Qanunun tələblərindən irəli gələrək müəyyən kateqoriya notariat əməliyyatlarının aparılması zamanı şəxsin gəlirinə dair məlumatın toplanması məsələsinə toxunulub. Bildirilib ki, notariat xidmətlərinin göstərilməsində məlumat toplanması funksiyası çoxillik təcrübəyə əsaslanır və yeni Qanunla müəyyənləşdirilmiş məlumatların informasiya resurslarından əldə edilməsi mümkün olduğu halda vətəndaşdan sorğulanmır. Hər hansı sənədin tələb olunması ilə bağlı notariat hərəkəti iştirakçılarının narahatlığına əsas yoxdur. Çoxşaxəli inteqrasiya imkanlarına malik “Elektron notariat” informasiya sistemi xidmətlərin operativliyinin qorunub saxlanılmasına imkan verir.

Canlı yayımda vərəsəlik hüququnun təminatı ilə bağlı Konstitusiya Məhkəməsinin 2023-cü il 26 dekabr tarixli qərarının icrasından irəli gələn məsələlər, o cümlədən vərəsəlik işlərinin rəsmiləşdirilməsində tətbiq ediləcək yeniliklərdən söz açılıb. Qeyd olunub ki, artıq vərəsəlik hüququ mirasın qəbul edilməsi müddətindən asılı olmadan təmin edilir, bu isə vərəsələrin öz konstitusion hüquqlarının təmin edilməsinə xidmət etməklə bu sahədə yarana bilən mübahisələrin qarşısının alınmasına xidmət edir.

Eyni zamanda, tikintisi başa çatmayan binaların tərkib hissələrinə münasibətdə hüquqların qeydiyyatında notariusun iştirakı barədə məlumat verilib. Qeyd olunub ki, tikinti ilə məşğul olan sahibkarlar tərəfindən təqdim olunan bölünmə planının və bu plan əsasında bağlanmış müqavilələrin notariat qaydasında rəsmiləşdirilməsi nəticəsində yeni mülkiyyətçinin xeyrinə təminat qeydinin aparılması tikintisi başa çatmamış əmlak obyektlərinin mülki dövriyyəsi üçün əlverişli şərait yaradır. Bununla bağlı sahibkarların notariuslara müraciət etmələri tövsiyə olunub.

Notariat xidmətlərinin elektronlaşdırılması ilə bağlı görülən tədbirlər, vətəndaş məmnunluğu doğuran “Mobil notariat”ın və “ƏN TEZ” xidmətin innovativ fəaliyyəti də qeyd edilib.

Diqqətə çatdırılıb ki, “Mobil notariat” tətbiqinin istifadəçiləri iki dəfə artaraq 900 minə çatıb və gündəlik 1000-1500 notariat əməliyyatları həyata keçirilir. Tətbiqin xidmət dairəsi daim genişləndirilərək ötən ildən “Mobil notariat” üzərindən artıq ikitərəfli müqavilələrin rəsmiləşdirilməsi imkanı yaradılıb və ilkin təcrübə kimi kirayə müqavilələri seçilib. Bu il digər ikitərəfli müqavilələrin də tətbiq üzərindən bağlanması imkanlarının yaradılması qarşıya qoyulan hədəflərdəndir.

Vətəndaşlar, həmçinin nazirliyin yeni innovativ məhsulu olan – əmək, maliyyə və digər resurslara qənaət etməklə istənilən yerdə virtual platforma əsasında vətəndaşlara nazirliyə videozəng vasitəsilə müraciət edərək məsafədən müxtəlif ədliyyə xidmətlərindən eyni vaxtda yararlanmaq imkanı verən “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) Xidmət barədə məlumatlandırılıb. Qeyd edilib ki, əhaliyə xidmət sahəsində ölkədə ilk dəfə bu platformada tətbiq edilən “süni intellekt” insan davranışını vizuallaşdıraraq vətəndaşla ünsiyyət qurur və sənədlərin yerindəcə əldə edilməsini təmin edir.

Yüz iyirmiyədək izləyicinin qoşulduğu canlı yayımda vətəndaşlar və media nümayəndələri ilə interaktiv formada sual-cavab sessiyası keçirilərək onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Notariusun işində rəqəmsallaşma” mövzusunda konfrans keçirilib.

28-11-2023

TİKA-dan Dövlət Notariat Arxivinə dəstək

04-04-2019

“SİMA İmza” Ədliyyə Nazirliyinə məxsus tətbiqə inteqrasiya olunub

09-04-2024

Elektron notariat informasiya sistemində 36 milyondan çox notariat məlumatı toplanıb

09-07-2019

“Mobil notariat” tətbiqi ilə rəsmiləşdirilən notariat sənədlərinin sayı açıqlanıb

24-09-2024

Yaxın vaxtlarda Notariat Palatasının təsis edilməsi nəzərdə tutulur

11-04-2019

“Mobil Notariat”ın veb-sayt versiyası istifadəyə verilib

09-12-2024

Ədliyyə Nazirliyi tərəfindən növbəti brifinq keçirilib

10-04-2019

Nazirlikdən yenilik-“ƏN TEZ” innovativ xidmət

11-06-2023

Bakı aeroportunda "ƏN TEZ" fəaliyyətə başlayıb

25-08-2023

Mobil notariatın işində texniki fasilələr yaranacaq

19-01-2023

Ekspert: "Mobil Notariat" tətbiqi hazırda ölkədə ən populyar rəqəmsal hökumət həllidir

15-08-2022

Ədliyyə Nazirliyi süni intellekt əsaslı xidmət istifadəyə verib

30-09-2025

Ədliyyə və məhkəmə sahəsində innovasiyaların tətbiqi genişləndirilir

24-10-2022

Etibarnamələrin notariat qaydasında rəsmiləşdirilməsi zəruridir

31-07-2019

Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar mövzusunda təqdimat keçirilib

20-11-2019

Uşaqların adı internet vasitəsilə seçiləcək

24-10-2011

Ədliyyə Nazirliyi e-xidmətlərinin sayını artırır

14-04-2017

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

15-05-2026

Səyyar Asan xidmət davam edir

27-08-2018

"Ədliyyə və məhkəmə sistemində islahatlar və innovasiyaların tətbiqi" adlı təqdimat keçirilib

25-09-2021

Bir neçə notariat xidməti “mygov” platformasına inteqrasiya edilib

24-02-2025

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

25-10-2023

Ekspert: "Milyonluq" iş 

20-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə