Previous Next
Bağla

TİKA-dan Dövlət Notariat Arxivinə dəstək

04-04-2019 11:36
TİKA-dan Dövlət Notariat Arxivinə dəstək

Notariat əməliyyatları ilə bağlı rəsmiləşdirilmiş çoxsaylı sənədlərin vahid məkanda toplanaraq saxlanılmasını təmin edən, habelə bu sənədlərdən yararlanmaq imkanını asanlaşdıran dövlət notariat arxivi üçün yeni müasir xidmət sahəsi istifadəyə verilib.

Xeberler.az  bildirir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində arxivin yeni infrastrukturu zəruri avadanlıqlarla təchiz edilib. Ötən əsrin 20-ci illərindən başlayaraq son dövrlərədək rəsmiləşdirilməsi aparılmış 1,5 milyona yaxın sənədlərin mühafizəsi üçün daha əlverişli şərait yaradılıb, o cümlədən sənədlərin saxlanılmasını təmin edən 750 stellaj quraşdırılıb.

Aprelin 3-də yeni xidmət sahəsinin istifadəyə verilməsi ilə bağlı təqdimat keçirilib. Tədbirdə nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov iki yüz ilə yaxın tarixi olan notariatın keçdiyi inkişaf yolundan və vətəndaşlara mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həllində mühüm rolundan bəhs edib. O, bu sahədə aparılan islahatların və tətbiq olunan yeniliklərin əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, ədliyyə orqanlarına əlçatanlığın asanlaşdırılmasına və şəffaflığın artırılmasına yönəldiyini vurğulayıb, nazirliyin rəhbərliyinin notariat arxivində yaradılan müasir şəraitlə tanış olduğunu və müvafiq tapşırıqlar verdiyini bildirib, göstərilən dəstəyə görə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu vurğulayaraq, vətəndaşların maraqlarının qorunması işində xüsusi əhəmiyyətə malik dövlət notariat arxivinin işinin müasir tələblər səviyyəsində təşkilini təqdir edib.

Sonda yeni xidmət sahəsində yaradılan şəraitlə tanışlıq olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Notariusun işində rəqəmsallaşma” mövzusunda konfrans keçirilib.

28-11-2023

Yaxın vaxtlarda Notariat Palatasının təsis edilməsi nəzərdə tutulur

11-04-2019

Elektron notariat informasiya sistemində 36 milyondan çox notariat məlumatı toplanıb

09-07-2019

“Mobil notariat” tətbiqinin istifadəçiləri iki dəfə artaraq 900 minə çatıb

18-01-2024

Ədliyyə Nazirliyi tərəfindən növbəti brifinq keçirilib

10-04-2019

“Mobil Notariat”ın veb-sayt versiyası istifadəyə verilib

09-12-2024

Ədliyyə və məhkəmə sahəsində innovasiyaların tətbiqi genişləndirilir

24-10-2022

Mobil notariatın işində texniki fasilələr yaranacaq

19-01-2023

“SİMA İmza” Ədliyyə Nazirliyinə məxsus tətbiqə inteqrasiya olunub

09-04-2024

Ədliyyə Nazirliyi süni intellekt əsaslı xidmət istifadəyə verib

30-09-2025

Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar mövzusunda təqdimat keçirilib

20-11-2019

“Mobil notariat” tətbiqi ilə rəsmiləşdirilən notariat sənədlərinin sayı açıqlanıb

24-09-2024

Bakı aeroportunda "ƏN TEZ" fəaliyyətə başlayıb

25-08-2023

"Ədliyyə və məhkəmə sistemində islahatlar və innovasiyaların tətbiqi" adlı təqdimat keçirilib

25-09-2021

Etibarnamələrin notariat qaydasında rəsmiləşdirilməsi zəruridir

31-07-2019

“881” Çağrı Mərkəzi aprel ayında 20 minə yaxın zəngi cavablandırıb

05-05-2026

Ədliyyə Nazirliyi e-xidmətlərinin sayını artırır

14-04-2017

Səyyar Asan xidmət davam edir

27-08-2018

Uşaqların adı internet vasitəsilə seçiləcək

24-10-2011

“881” Çağrı Mərkəzi sentyabrda 14 mindən çox müraciət cavablandırıb

09-10-2025

Ekspert: "Mobil Notariat" tətbiqi hazırda ölkədə ən populyar rəqəmsal hökumət həllidir

15-08-2022

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı üçün informasiya sistemi yaradılacaq

08-07-2024

Nazirlikdən yenilik-“ƏN TEZ” innovativ xidmət

11-06-2023

Ədliyyə Nazirliyi elektron zəng xidmət konsepsiyası hazırlayıb

21-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə