Previous Next
Bağla

Şəklinizi sistemə daxil edərək portretinizi əldə edəcəksiniz

18-02-2015 11:53
Şəklinizi sistemə daxil edərək portretinizi əldə edəcəksiniz

Bəzən yaxınlarımız üçün hədiyyə seçimində çətinlik çəkirik. Hər kəs demək olar ki, bütün köhnə  variantları yoxlayıb və təkrarlara baş vurur , daimə yenilik axtarır. Lakin, bəzən gözləmədiyimiz yerdən, kifayət qədər kreativ hədiyyələri əldə etmək mümkün olur. Bunun məsələ ilə əlaqədar Azərbaycanda yeni Portret.al adlı startap layihəsi yaradılıb.

Layihənin meneceri Orxan Əhmədov yeni startap barədə Xəbərlərə-ə məlumat verib.

Orxan Əhmədov Portret.al vasitəsilə həm şəxsi, həm də yaxın, doğma insanların şəkillərini sistemə daxil etməklə, həmin şəklin portret versiyasını əldə etməyin mümkün olduğunu deyib.

Onun sözlərində göə, göndərdiyiniz şəkillərin portret versiyaları, A3 və A2 formatlı posterdə çap edilərək, çərçivə ilə qeyd etidyiniz ünvana çatdırılır.

Orxan Əhmədov layihə özündə incəsənət, dizayn və kreativlik ilə yanaşı, elektron ticarətin də vəhdətini təşkil etdiyini də qeyd edib:

"Düzdür hazırda portret sifariş etdikdən sonra, ona görə ödənişi nəğd formada etmək mümkündürsə, çox qısa zamanda elektron ödəniş vasitələrindən istifadə edərək, sifarişi onlayn da həyata keçirtmək mümkün olacaq. Portret sifariş edəcək müştərilərə ilk baxışdan çox sadə və rahat görünə biləcək onlayn xidmət, əslində çox böyük zəhmət tələb edir. Belə ki, porterin hazırlanması əl işi olduğundan, bir portretin hazırlanması üçün rəssam illüstratora 3-5 saat zaman tələb olunur. Bundan sonra, isə portret təsdiq üçün sifarişçiyə göndərilir və ilkin rəy alınır. Nəhayət bütün işlər tamamlandıqdan sonra, portret çap edilərək, çərçivəli bağlamada sifarişçiyə çatdırılır".

Layihə meneceri bildirib ki, saytın Rus dilli versiyası fəaliyyətə başlayıb, Azərabycan dilli versiyası isə hazırlanır.

Layihənin rəhbəri Əliyev Füzulinin verdiyi məlumata əsasən isə komanda Portret.al layihəsini genişləndirmək məqsədilə daha çox rəssam cəlb edərək, layihəni qlobal bazara çıxartmaq niyyətindədir. Planlarda həmçinin sifariş üçün mobil tətbiqlərin də hazırlanması da nəzərdə tutulub.

Portret.al layihəsinin komandası 4 nəfərdən ibarətdir:

  • Direktor - Əliyev Füzuli
  • Rəssam İllüstrator - Yana Lyubimenko
  • Layihə meneceri - Orxan Əhmədov
  • Web developer -Nicat Əsədov

 Məltəm Talıb

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Startap Azərbaycan 2015” in qalibləri kimlərdir?

26-05-2015

“Startup Azərbaycan 2015” Müsabiqəsi davam edir

18-02-2015

“Şəkil çəkə bilmirəm” deyənlərə...

11-07-2009

Instagram-dan yenilik

28-08-2015

Microsoft-dan iPhone üçün yenilik

02-01-2016

RAHAT marketə getmədən onlayn sifariş edə bilərsiniz

25-02-2016

iPhone 8 və iPhone 8 Plus təqdim edildi- Qiymətlər

13-09-2017

Futbol oynayacağınız stadionları onlayn seçə biləcəksiniz- Yeni layihə

05-07-2016

Dünyanın ən qəribə servis xidmətləri

06-06-2010

Hər kəs bilik və təcrübələrini paylaşa biləcək

06-03-2015

Sevdiyiniz ətirləri ünvanınıza çatdıran Aromania.az

23-01-2017

Xərcim.az alış-verişi daha qənaətli edəcək

01-05-2015

Facebook niyə kriptovalyuta reklamını qadağan edib?

01-02-2018

İnsanı smartfonuna görə tanımaq mümkündür

16-11-2016

Azərbaycanlı startapçılar ABŞ-a gedir

05-09-2016

Uber Bakıda daha bir yeni xidmət istifadəyə verdi

28-09-2016

Regionlarda yeni startaplar yaranır

20-04-2015

Mobil İnternet-istifadəçilərin onundan doqquzu kişilərdi

28-06-2008

Əzizlərinizə sevgi daşıyan onlayn platforma-Buket.al

06-02-2017

İcbari sığortanı onlayn sifariş edin

21-07-2015

Uber də gəldi, taksi bazarında nə dəyişəcək?

24-04-2015

Taksi sürücünüzü xəritədə izləyə biləcəksiniz

02-06-2015

Azərbaycanda internetdə ödəniş etmək üçün ən ucuz kartların reytinqi açıqlanıb

27-09-2013

Nazirliyin bu xidmətinə görə e-imzaya təlabat artıb

14-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə