Previous Next
Bağla

AppLab-ın növbəti proqramında qalib startaplar hansıdır?

01-05-2017 11:43
AppLab-ın növbəti proqramında qalib startaplar hansıdır?

Bakcell şirkəti bir müddət öncə özünün sürətləndirilmiş icra modeli olan AppLab proqramında iştirak üçün təşkil etdiyi seçim prosesinin nəticələrini açıqlayıb.

Xeberler.az-ın məlumatına görə, bu dəfə müsabiqəyəsahəninən yaradıcı mobil tətbiq tərtibatçıları, 3D-çapı, HTC Virtual Reallıq proqram təminatı, innovativ proqram tərtibatçıları, elektron ticarət platformaları və informasiya texnologiyaları (İT) sahəsi üzrə digər mütəxəssislər qatılıb.

Ötən günlərdə AppLab Mərkəzində Bakcell şirkəti ilə yeni seçilmiş komandalar arasında 6 aylıq müqavilələr imzalanıb.

“Bakcell şirkəti istedadlarını dünyaya tanıtmaq və parlaq ideyaların reallaşdırılması üçün yeni maliyyə mənbələrinə çıxış əldə etmək istəyən startaplar, tərtibatçı və komandalaraxtarışındadır. Bu layihə hər il proqram təminatı və müxtəlif  cihaz yaradıcılarına öz ideyalarını təqdim etmək və Bakcell şirkətindən dəstək almaq imkanı verilir. Bakcell-in məqsədi startaplara dəstək olmaq, onların seçilməsi və inkişafına töhfə verməkdir. Biz inanırıq ki, yeni layihələr də yüksək nəticələr nümayiş etdirəcəklər”,deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

Bakcell şirkəti bu il proqramın qaydalarında bəzi dəyişikliklər edib.  Belə ki, proqramda iştirak müddəti layihədən asılı olaraq 3 aydan 6 aya uzadılıb.

2017-ci ildə AppLab proqramında iştirak etmək üçün növbəti müsabiqədə təqdim olunan 20 layihə İT və elektron ticarət sahələri üzrə mütəxəssislərdən təşkil olunmuş AppLab Seçim Komitəsi tərəfindən 14 aprel tarixində dinlənilərək  qiymətləndirilib.

Həmin 20 layihədən  proqramda iştirak etmək üçün mümkün 25 xaldan 20 və daha çox xal qazanan 7 layihə seçilib. Qaliblər bunlardır:  Mango, Blutu, Garden, Buket.al, MoodMusic, ARZoom və CineManiac.

 Seçim prosesində əsas götürülən meyarlar layihəni təqdim edən komandanın malik olduğu bazar imkanları, təqdim edilənideyanın nə dərəcədə innovativ olması, real yanaşma, biznes modelinin və komandanın sərgilədiyi təqdimatın nə dərəcədə aydın olması idi.

Layihələr barədə ətraflı:

Blutu– “iBeacon BLE” xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş mobil tətbiq və platformadır. “Blutu” istifadəçilərə xüsusi təkliflər, endirimlər və müxtəlif dükanlar, müəssisələr və digər obyektlər haqqında məlumat almağa imkan verir .

ARzoom– interaktiv “Artırılmışreallıq” (Augmented Reality) məzmununun hər hansı bir çap materialına əlavə edilməsinə imkan yaradan platformadır.

Buket.al gül ticarətçiləri üçün bazardır. 300 addan çox məhsul və Azərbaycanın 3 şəhərində – Bakı, Sumqayıt və Gəncədə  pulsuz çatdırılmasını təmin edir.

Garden– insanları maraqlarına görə və yerləşdikləri yerdən asılı olaraq birləşdirən və dərhal görüşmək imkanı verən mobil tətbiqdir.

Mango– istifadəçilərə səhər yeməyini, nahar və şam yeməyini harada yeməyi asanlıqla seçməyə kömək edən mobil tətbiqdir. İstifadəçilər “Mango”nun təklif etdiyi variantı və yaxud üstünlük verdikləri mümkün variantları seçə bilərlər.

CineManiac– “bulud texnologiyası” əsasında yaradılmış və istifadəçilərə filmlərə müxtəlif dillərdə baxmaq imkanı verən inteqrasiya edilmiş yerli tətbiqdir. Bundan əlavə, bu tətbiqin vasitəsilə filmləri yükləyib sonradanonlara internet bağlantısı olmayan istənilən yerdə baxmaq olar. Nəhayət, bu tətbiq yerli kino sənayesinin inkişafı və inteqrasiyası üçün geniş üfüqlər açır.

MoodMusic– istifadəçilərə öz əhval-ruhiyyələrinə uyğun olan musiqiləri  dostları və digər insanlarla paylaşmağa imkan verən sosial şəbəkə platformasıdır.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AppLab-ın iştirakçısı startap müsabiqəsində qalib oldu

20-06-2017

“Azərbaycan proqramçıları böyük potensiala malikdir”

23-02-2018

Bakcell startap layihələrini təqdim edir

08-12-2017

Bakcell-dən 5 startapa dəstək-Siyahı

16-02-2018

AppLab növbəti dəfə layihə qəbulu elan edib

25-01-2017

Bakutel-də iştirak edəcək startaplar -Siyahı

20-10-2017

AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

25-04-2018

AppLab proqramı üçün 32 startap yarışır

22-01-2018

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

18-03-2019

Bakcell-in rəhbəri:“Azərbaycanın startap bazarında böyük potensial var”

22-07-2016

Bakcell blokçeyn texnologiyası üzrə təlim keçirib

31-01-2018

AppLab layihəsində iştirak edən gənc developerlərə təlim keçilib

18-07-2018

AppLab layihəsinin bir ili tamam olur

08-10-2015

Bakcell və INNOLAND İnkubasiya Proqramının iştirakçılarını seçdi

20-06-2019

Bakcell-in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır

06-11-2018

İnkubasiya proqramına seçilən startaplar INNOLAND-də fəaliyyətə başlayıblar

09-07-2019

Bakcell Bakutel-də hansı məhsullarını təqdim edir?

30-11-2016

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

23-01-2020

Bakcell əməkdaşları universitet tələbələri ilə görüşüb-Fotolar

17-05-2016

Bakcell startaplarımızın qlobal bazara çıxmasına dəstək olacaq

11-12-2015

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018

Wayra UK Azərbaycan startaplarına 50 min dollar yatırım edəcək

03-03-2016

AppLab İT müsabiqədə qalib gəlib

11-05-2018

Bakcell tələbələr üçün müxtəlif imkanlar yaradır

21-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə