Məlumat verdiyimiz kimi, dünyanın ən böyük startap kampusu Station F Parisdə açılacaq.
Hazırda bu istiqamətdə işlər davam edir.
Qeyd edək ki, Station F məşhur fransız mühəndis Eugène Freyssinet-in 1929-ci ildə inşa etdiyi köhnə bir qatar stansiyasında 34 min kvadrat kilometrlik nəhəng bir sahədə tikilir.
7/24 yaşayan bir yer olacaq Station F-in ilk üzvləri isə Facebook, TechShop və vente-privée olacaq.
Facebook kampusdakı fəaliyyət istiqamətləri barədə detalları media ilə bölüşüb.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, şirkətin COO –su Sheryl Sandberg-in qatıldığı konfransda maraqlı məlumatlar paylaşılıb.
Qeyd edilib ki, Facebook Startup Garage (Startap qarajı) adı ilə kampusda özünə yer tutacaq.
Station F-in qurucu ortaqlarından biri olmaqdan məmnun olduqlarını deyən Sandberg burada startaplarla işləyərək öyrətdiklərindən öyrəndiklərinin daha çox olacağını vurğulayıb.
Facebook-un 80 stula sahib olduğu şəhərcikdə şirkət hər altı ayda bir 10-15 startapla işləyəcək.
Facebook mühəndisləri bu startapalara dəstək olacaq və hər həftə 30 şagird Facebook ilə dünyanı daha yaxşı bir yer halına gətirmək üçün toplaşacaq.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri