Previous Next
Bağla

"Facebook Shop" kiçik və orta sahibkarlara nə verəcək?

02-06-2020 17:15
"Facebook Shop" kiçik və orta sahibkarlara nə verəcək?

Xeberler.az bildirir ki, “Facebook” istifadəçilərinə sosial şəbəkə üzərindən rəqəmsal ticarətlə məşğul olmaq imkanı yaradan “Facebook Shop” xidmətini təqdim edib. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının meneceri Ayxan Qədəşov təqdim olunan yeni xidmətin üstünlükləri və ölkəmizdə tətbiqinə dair sualları cavablandırıb.

 “Facebook” sosial şəbəkəsi daxilində məhsul satışı imkanının yaradılmasını necə
qiymətləndirirsiniz?

- Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq üçün görülən məhdudlaşdırıcı tədbirlərdən kiçik və orta bizneslər ciddi şəkildə zərər çəkdi. Buna başlıca səbəb bu sinifdən olan bizneslərin əksər hallarda “təhlükəsizlik yastığı”nın, yəni gələcəkdə mümkün böhranının idarə olunması üçün yetərli maliyyə vəsaitinin olmamasıdır. Müəyyən maliyyə vəsaiti olsa belə, bu əksər hallarda qısa müddət üçün nəzərdə tutulur. “Facebook”un yaratdığı yeni xidmət istehsalçıları əlavə xərc çəkmədən məhsul və xidmətlərin birbaşa rəqəmsal satış kanalı vasitəsi ilə müştərilərə təqdimetmə imkanı yaradır. Beləliklə “Facebook Shop” xidmətini maliyyə böhranından daha az zərərlə çıxmaq üçün kiçik bizneslərə böyük dəstək kimi də qiymətləndirə bilərik.

 “Facebook Shop” “Amazon”a rəqib ola bilərmi?

- Cavaba keçməzdən öncə bir neçə statistikaya nəzər yetirməyim maraqlı olardı. İlk olaraq qeyd edim ki, “Facebook” platformasının 2020-ci ilin təkcə mart ayında 2.6 milyard aktiv ziyarətçisi olub. Gün ərzində isə 1,7 milyard insan bu sosial şəbəkəni ziyarət edir. Bu ilin ilk rübündə sözügedən sosial şəbəkə 17,4 milyard ABŞ dolları dəyərində reklam gəliri əldə etdiyini açıqlayıb. “Amazona” gəldikdə isə, “Oberlo” tərəfindən təqdim olunan məlumatlara əsasən 2019-cu ilin sentyabr ayında rekord sayda, yəni 150 milyon insan “Amazon”un mobil əlavəsindən istifadə edərək onlayn ticarət edib. “Statista.com” portalının məlumatına əsasən ay ərzində “Amazon“ platformasını 213 milyon insan ziyarət edir. Təqdim olunan son rəqəmlərdə şirkət 2020-ci ilin ilk rübündə 75,5 milyard ABŞ dolları dəyərində satışdan 2,5 milyard ABŞ dolları xalis gəlir əldə etdiyi göstərilir. Həmçinin, ABŞ-da yerləşən KOB-lar (kiçik və orta biznes) tərəfindən “Amazon”da dəqiqədə 4000-dən çox məhsul satıldığı məlumdur. Ümumilikdə isə, “Amazon” platformasında satılan məhsulların 67 faizi KOB-ların payına düşür. “Big commerce” tərəfindən aparılan sorğuya əsasən respondentlərin 90 faizi rəqib platformalarda da mövcud olan məhsulu məhz “Amazon”- dan almağa üstünlük verdiklərini bildiriblər.

“Facebook”-un açıqlamasına görə yeni xidmət gəlir əldə etmək deyil, pandemiya dövründə KOB-lara dəstək məqsədi ilə yaradılıb. Bu səbəbdən ilkin olaraq xidmət istifadəçiləri ödənişlər zamanı yaranan kiçik bank komissiyalarının ödənilməsindən başqa xərclərə cəlb olunmurlar. “Amazon” platformasında isə satılan hər məhsulun dəyərindən 14-20 faiz komissiya və ya sabit aylıq abunə haqqı tutulur. Bu məqamları nəzərə alıb “Facebook”un başlanğıcda müəyyən uğur əldə edəcəyini demək mümkündür.

Lakin, onu da nəzərə almaq lazımdır ki, insanlar uzun illər ərzində müəyyən vərdişlərə yiyələnir. Bu vərdişlərdən biri də “Facebook”un məlumat mübadiləsi və ya hər hansısa bir mövzuda müzakirələrin aparılması üçün rəqəmsal məkan olaraq qəbul olunmasıdır. Düşünürəm ki, platformaların ziyarətçi sayı və xidmət haqqı komissiyaları arasında fərqlərin mövcud olmasına baxmayaraq, “Facebook” “Amazon”a qarşı daha ciddi üstünlüklər təklif etməsə rəqabətə davam gətirməsi elə də asan olmayacaq.

 Azərbaycan şirkətləri “Facebook”un yeni imkanlarından istifadəyə nə qədər maraqlı olacaq?

Ümumiyyətlə yeni xidmətin ölkə ərazisində geniş yayılması gözlənilirmi?

- “Facebook” tərəfindən istifadəyə verilən xidmət hazırda sınaq mərhələsində olduğundan yalnız Amerika Birləşmiş Ştatları üçün tam funksionaldır. Növbəti mərhələdə qərbi Avropa ölkələri üçün xidmətin bütün imkalarının təqdim olunması nəzərdə tutulub. Burada söhbət sifariş olunacaq məhsulların ödənişinin onlayn olaraq “Facebook” üzərindən həyata keçirilməsi və məhsulların ünvana çatdırılması xidmətindən gedir. “Facebook Shop” digər ölkələrdə məhsulların nümayiş olunması üçün vitrin rolunu oynayır. Mövcud vəziyyətdə xidmətin populyarlıq qazanacağını və geniş istifadə olunacağını hesab etmirəm. Lakin, Amerika bazarında sınaqdan uğurla keçərsə və digər dövlətlər üzrə də tam funksionallığ təmin olunarsa, ölkəmizdə də geniş istifadə olunacağını hesab edirəm.

 “Azexport.az”internet portalının “Facebook Shop”a inteqrasiya olunması gündəmdə varmı?

- Hazırda “Azexport.az” internet portalı “Made in Azerbaijan” məhsullarının xarici bazarlarda rəqəmsal ticarət platformaları vasitəsi ilə təşviqinin aparılması məqsədi üçün “Amazon.com”, “Alibaba.com”, “Agroserver.ru”, “All.biz”, “Go4worldbusiness.com” kimi geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub. İnteqrasiya proseslərinin müsbət nəticəsi olaraq 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 aprel tarixinə kimi (40 ay ərzində) dünyanın 141 ölkəsindən  “Azexport.az” internet portalına 1,8 milyard ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub. Portalın uğurlu fəaliyyəti nəticəsində ixrac coğrafiyamız genişlənib.

Belə ki, əvvəllər qida və dərman məhsullarının ixracı imkansız olan əksər Ərəb, Okeaniya və Amerika qitəsi ölkələrinə məhsul ixracı artıb. Portalın idarə olunması zamanı resursların səmərəli istifadə olunaraq minimum xərclə maksimum effektivliyə nail olunması prinsipi əsas götürülür. Bu baxımdan “Facebook Shop” Amerika Birləşmiş Ştatlarında sınaq mərhələsini bitirib və xidmətlərini tam funksional təqdim etdikdən sonra müəyyən təhlillər aparılacaq. Təhlillərin nəticəsinə əsasən portalın gələcəkdə bu xidmətlərə inteqrasiya olunması barədə qərar qəbul olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019

Amazon Facebook-u geridə qoydu

02-08-2016

Azexport portalı üzərindən sifarişlərin dəyəri 2 milyard dolları ötüb

30-09-2020

“Facebook” sosial şəbəkəsi ilin əvvəlindən 30% bahalaşıb

09-03-2011

“Distant Amazon və Elektron Ticarət Təlimi”nin sertifikatları «QR kod” ilə təqdim olunub

03-06-2020

Azexport.az-a 185,6 milyon ixrac sifarişi daxil olub

27-04-2018

Azərbaycan məhsullarını Amazon-a çıxarır

08-08-2017

Azexport-a 264 milyon ixrac sifarişi daxil olub

23-08-2017

Amazonla qazan təliminə start verilib

02-11-2018

Amazon-la qazan təlimlərinə start verilib

25-10-2018

Facebook-da istifadəçi sayı 2 milyarda çatır

04-05-2017

Azexport.az-a 37,6 milyon ixrac sifarişi daxil olub

07-04-2018

Azexport.az-a 81,5 milyon sifariş daxil olub

05-03-2018

Azexport yeni elektron satış portalları ilə əməkdaşlığa başlayıb

27-07-2018

Azexport.az “Made in Azerbaijan” məhsullarını “Amazon” və “eBay”- də satışa çıxarıb

02-02-2022

Azexport.az portalı “Distant Amazon və Elektron Ticarət Təlimi” layihəsinə başlayır

23-04-2020

Azexport yeni satış texnologiyaları istifadə edir

07-07-2020

Azexport.az vətəndaşları e-ticarətdən istifadəyə dəvət edir

06-04-2020

Azərbaycan bu il peyk xidmətlərinin ixracından 2 mln.dollar qazanıb

01-04-2019

Ötən il Azexport.az 475 milyon dollar ixrac sifarişi alıb

18-01-2018

Facebook reklamdan nə qədər qazanır?

12-04-2011

"Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb"

28-11-2019

Facebook istifadəçilərinin sayı Çinin əhalisinin sayını ötüb

24-04-2015

"Azexport"a daxil olmuş sifarişlərin ümumi dəyəri 3,1 milyard dolları keçib

31-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə