Xəbər verdiyimiz kimi “Facebook”da yaradılan Azərbaycan Musiqisi səhifəsi haker hücumuna məruz qalıb.
5610 üzv olan səhifə dünən gecə saatlarında hakerlərin əlinə keçib. Həmin qrup üzvləri bunu belə anons ediblər: “HEVALEN HEJA TEAM BU SAYFAYI HACKLEMISTIR” .
Bundan başqa səhifədə yazılıb: “Bir daha Facebookda Azərbaycan və Türkiyə ilə bağlı səhifə açmayın. Əgər belə səhifə görsək, həmin səhifəni də işğal edəcəyik. Bu son xəbərdarlığımızdır”.
Ələ keçirilən səhifəyə PKK lideri Abdullah Öcalanın şəkli vurulub. Adıçəkilən qrup dünəndən etibarən səhifədə Azərbaycan və Türkiyə əleyhinə statuslar, videolar paylaşırlar.
Səhifənin azərbaycanlı və türk üzvləri isə hər kəsi bu səhifədən şikayət etməyə çağırır. Bunun üçün səhifəyə daxil olub, səhifəni bəyənmədən şikayət et (report page) düyməsini basmaq lazımdır. Səbəb kimi isə “milləti təhqir”I göstərmək lazımdır.
Xəbərlər.az portalı bu məsələyə yenidən qayıdacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri