Facebooku qarışdıran proqram: Fecoder

06-01-2015 / 12:51

Məşhur sosial media nəhəngi Facebook üçün inkişaf etdirilən yeni tətbiq sayəsində profilinizdən çox şeyi gizlətsəniz ya silsəniz belə dostunuz olmayan şəxslərin onu görə bilməsinə imkan verir.

Android proqramı kimi inkişaf etdirilən və “Play Store”-da Fecoder adlı proqram, Facebook ID-nə daxil olduğunuz şəxsin zaman tunelində və fotoşəkillər bölməsində çıxmayan şəkillərinin bəzilərini, bəyəndiyi və şərh yazdığı fotoları, ziyarət etdiyi yerləri görə bilərsiniz.

Ödənişsiz olaraq yüklənə bilən və telefondan hər hansı bir icazə istəməyən tətbiq, Android 2.3 versiyası üzrə bütün cihazlarda işləyə bilir.

Proqramın 3 yanvardan etibarən təqdim olunmasından sonra Facebook-un yaradıcısı Mark Zükerberqin daha əvvəl yayılmamış bəzi fotoşəkilləri də internetdə yer aldı. Fotoşəkillərdə Zükerberqin bir şənlikdə iştirakı, yoldaşları ilə orada çəkilmiş şəkilləri və bir toya çəkmə ilə getdiyi fotolar yer alır.

Fecoder proqramının yayılmasından sonra internetə düşən fotoşəkillərin birində, Facebook-un köhnə idarəçilərindən olan Kevin Kollera ilə Facebook-un qurucusu Mark Zükerberqin qardaşı Randi Zükerberqin Yahoo-nun reklamı olan bir nəqliyyat vasitəsinin qarşısında əl hərəkəti edərkənki pozu görülür.

Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə