Facebook-dan qeydiyyatdan keçməsən belə sayta ziyarət zamanı hər hansı bir düyməni basmağınız kifayətdir ki, sayt sizin haqqınızda məlumatları toplaya bilsin.
Facebook etiraf edir ki, qeydiyyatdan keçməyən və buna baxmayaraq saytı ziyarət edənlərin statistikasını yaradıb.
Facebook rəsmi bloqunda bu problemin aradan qaldırılması üçün ekspertlərin işlədiyini bildirib. Belçika tətqiqatçıları şəxsi məlumatların qorunması barədə təkzib tezisi hazırlayıb. 2015-ci ilin martın sonunda onlar belə bir qənaətə gəldilər ki, Facebook, məlumatların qorunması adlanan Avropa qanununu pozub.
Tədqiqatçılar bildirib ki, Facebook hətta sayta ziyarət etməyənlər haqqında məlumat toplayır. Məlumatlar “cookies” adlı bölmədə saxlanılır. Gizli bölmədə məlumatların saxlanması tədqiqatçıların qəzəbinə səbəb olub. Bu məlumatların toplanması zamanı həmin prosesi saxlamaq mümkün olmur.
Şəxsi məlumatların qorunması üçün Belçika Komissiyasının Facebook-u cəzalandırmaq səlahiyyəti yoxdur. Lakin bu xəbərin yayılması Facebook kimi məşhur sosial biznes mərkəzinə mənfi təsirini göstərir.
Şəxsi məlumatlara səhlənkar davranmaq heç də Facebook üçün yenilik deyil. 2011-ci ildə belə bir hadisə olmuşdu və Mark Zuckerberg bu baxımdan bir çox səhvlər etdiyini etiraf etmişdi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri