“Qiymətləndirmənin şəffaflığı, obyektivliyi təhsilin keyfiyyətini şərtləndirən başlıca amillərdən biridir. Bu gün imtahanların gedişini izlədik. Universitetlərin imtahanların təşkili ilə bağlı bu cür mediaturlar təşkil etməsi təqdirəlayiqdir və yalnız təhsilin inkişafına fayda verə bilər”.
Xeberler.az bildirir ki, bu sözləri Qərbi Kaspi Universitetində imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə təşkil olunan mediaturdan sonra jurnalistlərə açıqlamasında AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbuhi Qəhrəmanov söyləyib.
S.Qəhrəmanov imtahanların yüksək standartlara uyğun təşkil olunduğunu vurğulayaraq bildirib ki, fərqli imtahan modellərinin tətbiqi yaxşı təcrübədir:
“Məsələn, bizə “Keys həlli” modeli barədə məlumat verildi. Bu model tələbəni əzbərçilikdən xilas edir, onda məntiqi düşünmə və təhliletmə, problemi həlletmə bacarığı formalaşdırır. Gələcək iş həyatında da məhz bu keyfiyyətlər ona lazım olacaq”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri