Previous Next
Bağla

Fondun vəsaitlərindən istifadə layihəsi təsdiqlənməlidir

19-09-2013 10:31
Fondun vəsaitlərindən istifadə layihəsi təsdiqlənməlidir
Azərbaycan  Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət  Fondu ilə müvəkkil bank arasında fondun vəsaitlərindən  istifadə edilməsinin şərtləri haqqında müqavilə formasının layihəsi yaxın bir həftə ərzində təsdiqlənməlidir.
 
Xeberler.az-ın məlumatına əsasən, bu müddət ərzində Müşahidə Şurasının üzvləri müqavilə forması ilə tanış olaraq rəylərini bildirəcəklər və təklif nəzərə alınaraq müqavilə forması təsdiqlənəcək.
 
Bank müvəkkili ilə bağlanılacaq müqavilə forması layihəsinin ilkin versiyasına əsasən, ildə iki dəfədən az olmayaraq fondun vəsaitlərinin hər bir sahibkarlıq subyekti tərəfindən investisiya layihəsi üzrə istifadə edilməsinin monitorinqi aparılmalıdır. Monitorinqin nəticələrinə əsasən, müvəkkil bank və ya kredit təşkilatı fonda cari yarımillik üzrə növbəti yarımilliyin ilk 10 iş günündən gec olmayaraq hesabat  verməlidir. 
 
Müvəkkil kredit təşkilatı tərəfindən aparılan monitorinqlər zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 bank günü ərzində məhz bu layihə üzrə əsas kredit və hesablanmış faiz borcunu bütövlükdə fondun hesabına köçürməli, belə sahibkarlıq subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görməlidir.
 
Sahibkarlıq subyektləri  tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Ödəniş fondun hesabına daxil olduğu gün müvəkkil kredit təşkilatı öz öhdəliyini yerinə yetirmiş hesab edilir. Kredit vəsaiti yalnız tam istifadə olunduqdan sonra müvəkkil kredit təşkilatı tərəfindən kredit xəttinin istifadə və ya yeni kredit xəttinin açılması üçün müraciət edilə bilər. Müvəkkil kredit təşkilatları fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər.
 
Müvəkkil kredit təşkilatı onun üçün müəyyən edilmiş kredit xətti çərçivəsində 10 bank günündən gec olmayaraq öz biznes maraqları və fondun müəyyən etdiyi minimal tələblər və qiymətləndirmə meyarlarına  uyğun olaraq investisiya layihələrini təhlil etməli və müsbət qiymətləndirdiyi investisiya layihələrinə dair fondun müəyyən etdiyi məlumatları və sənədləri fonda təqdim etməlidir. Layihə mənfi qiymətləndirildikdə sahibkara 3 bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir.
 
Müvəkkil kredit təşkilatları vəsaitin köçürülməsinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 % həcmində cərimə ödəməlidirlər, gecikdirmə 30 bank günündən çox olarsa,  fondun Müşahidə Şurası yeni vəsaitlərin ayrılmasını dayandırır  və ya müvəkkil kredit təşkilatının xidmətindən imtina edir.
Yaxın bir həftə ərzində Müşahidə Şurasının üzvləri müqavilə forması ilə tanış olaraq rəylərini bildirməlidirlər.
 
 
 
Xeberler.az
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startaplar hansı banklardan güzəştli kredit ala bilər?-Siyahı

15-12-2016

Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirlikləri informasiya sistemlərini bir-birinə inteqrasiya edəcək

05-03-2026

ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək

06-04-2026

Startaplar üçün növbəti qrant müsabiqəsi elan olunacaq

28-01-2017

Kredit təşkilatının seçilməsi meyarları hazırlanıb

19-09-2013

Texnologiyalar mövzusunda yeni sənədlər təqdim edilib

04-10-2013

İT-nin İnkişaf Fondu qalib layihələri müəyyən edəcək

28-01-2016

Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

27-01-2018

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

11-10-2013

İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiq edildi

15-06-2019

Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

25-06-2019

Gənclər Fondu güzəştli kredit verəcək

30-08-2018

İRİA-nın vəsaitindən istifadə Qaydası təsdiqlənib

10-01-2025

Hesablama Palatası Fondun 2016-2017-ci illərdəki fəaliyyətini audit edib

19-10-2018

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

15-02-2019

Zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi istifadəyə veriləcək

10-12-2018

Ağıllı adamlara pul veriləcək

24-01-2014

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu banklarla görüş keçirəcək

19-09-2013

Daha 2 qurum portal üzərindən xidmət edəcək

26-01-2018

Kreditlər elektron arayışla veriləcək

29-12-2014

İpoteka kreditlərinin onlayn verilməsi ilə bağlı rəsmi açıqlama

02-02-2023

Yelo Bank-dan “ABAD”çılara dəstək krediti

19-07-2022

ABŞ-da ilk dəfə Azərbaycan kredit kartı dövriyyəyə buraxılıb

03-02-2009

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib

27-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə