“Fujifilm”ə mənsub “MyFinePix.com” internet saytında Azərbaycanın ərazisi ilə bağlı məlumatlar təhrif edilib

22-10-2010 / 07:02

 Ölkəmizin Yaponiyadakı səfirliyinin müdaxiləsindən sonra təhrif olunmuş məlumat düzəldilib.

Azərbaycanın Yaponiyadakı səfirliyindən daxil olan məlumata əsasən, bu ölkənin fotoqrafiya və təsvir sahəsində məşhur şirkətlərdən biri olan “Fujifilm”ə mənsub “MyFinePix.com” adlı internet saytında Azərbaycan Respublikasının ərazisi ilə bağlı məlumatların təhrif edildiyini məlum olub.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən saytın qeydiyyat bölməsində ölkələrin siyahısı ilə bağlı hissəsində Dağlıq Qarabağ (Nagorno Karabakh) adlı ölkənin daxil edilməsi Səfirlik tərəfindən müəyyən edilmiş və məsələyə dərhal reaksiya verilmişdir. Məsələnin ciddiliyi, ölkəmiz üçün həssaslığı, xüsusilə də beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğunu qeyd edərək, səfirlik yapon tərəfinin sorğusuna əsasən yazılı mövqe hazırlayıb, lazımi xəritələr əlavə edərək qarşı tərəfə təqdim edib.

Səfirliyə verilən məlumatda, Fujifilm şirkətinin Böyük Britaniya nümayəndəliyi sözügedən saytın qurulması zamanı məlumatları müxtəlif mənbələrdən əldə etdiyi və məsələnin birbaşa Yaponiya Baş Qərərgahına aidiyyatı olmadığı məlum olub. Fujifilm şirkəti səfirliyin müdaxiləsindən sonra təhrif olunmuş məlumatı düzəldib və səfirliyə bu barədə müvafiq məktub təqdim edilib.

Məlumat üçün bildirmək istəyirik ki, “MyFinePix.com” Fuji fotoaparatlarının və şəkillərin dizaynı üçün istifadə olunan proqramdır.

mənbə:hedef.info.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə