Previous Next
Bağla

Azad olunan ərazilərin rəsmi adları “Google”a təqdim edilib

23-12-2021 12:56
Azad olunan ərazilərin rəsmi adları “Google”a təqdim edilib

““Google maps” tətbiqində Azərbaycanın Qarabağ bölgəsinin adlarının rəsmi adları ilə Azərbaycan dilində göstərilməsi ilə yanaşı, saxta adlarla erməni dilində göstərilməsi məsələsi rəsmi diplomatik kanallarla “Google” şirkəti qarşısında qaldırılıb”.

Xeberler.az Qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ərazilərinin adlarının təhrif edilməsi ilə bağlı şirkət rəhbərliyinə məktub ünvanlanıb və ölkəmizin müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdim edilib.

“Eyni zamanda, xatırlatmaq istərdik ki, bu ilin may ayında tərəfimizdən BMT-nin Coğrafi adlar üzrə Ekspertlər Qrupunun (UNGEGN) illik sessiyasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə hazırlanmış milli hesabat təqdim edilib.

Bu hesabatda 4589 yaşayış məntəqəsinin Azərbaycan, ingilis və rus dillərində rəsmi qaydada standartlaşdırılmış və təsdiq edilmiş adlarını əks etdirən siyahını, habelə Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə yerləşən və təhrif edildiyi müəyyən edilmiş 125 coğrafi obyektin adını özündə ehtiva edir.

BMT-nin Coğrafi adların Standartlaşdırılması üzrə Konfransları çərçivəsində qəbul edilmiş qətnamələrə görə hər hansı bir dövlətin səlahiyyətli dövlət qurumu tərəfindən standartlaşdırılmış coğrafi adlara dəyişiklik edilməsi yolverilməzdir və bu kimi dəyişikliklər BMT tərəfindən tanına bilməz.

“Google maps” platformasına gəldikdə onu da qeyd etmək istərdik ki, bu tətbiq istifadəçilərin fərdi müraciətləri və yanaşmaları prinsipi əsasında fəaliyyət göstərir. Bu baxımdan vətəndaşlarımızın, habelə qeyri-hökumət qurumlarının mövzu ilə bağlı fəal şəkildə fikirlərini şirkətə yazmaları çox önəmlidir.

Hazırda məsələ diqqət mərkəzində saxlanılır və təhriflərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”, - deyə XİN rəsmisi əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İşğaldan azad edilmiş ərazilərin adları qlobal xəritələrdə necə qeyd olunur?

11-06-2021

Ekspert: Qlobal xəritələrdə işğaldan azad olan ərazilərin adları necə yenilənməlidir ?

30-10-2020

Səlahiyyətli qurumlarımız dünya xəritə servisləri ilə işləyə bilmir- ekspert

11-06-2018

Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir

14-03-2013

Google-də ermənilərin növbəti təxribatı (FOTO)

01-10-2010

“Amerika körfəzi”: “Google” nə üçün ABŞ-dakı xəritələrə düzəliş edir?

01-02-2025

Açıq Məlumatlar Portalına 11 adda coğrafi xidmət əlavə edilib

29-12-2020

"Google" xəritələrində Azərbaycan şəhər və kəndlərinin erməni dilində adları tam silinə bilər

11-01-2022

“Google maps” Naxçıvanı Azərbaycan ərazisi kimi göstərməyib

28-08-2009

“Google” Meksika Körfəzinin adını Amerika Körfəzi olaraq dəyişdirib

11-02-2025

İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı problemlər müzakirə edilib

29-06-2019

Google Maps-in dizaynı dəyişir

26-07-2016

Microsoft korporasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır

10-08-2009

Google Earth Pro pulsuz oldu

03-02-2015

Ekspert: BNA Google ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

21-08-2022

BRİTANİYA ŞİRKƏTİ DƏ ƏRAZİLƏRİMİZİ TƏHRİF EDİB

29-08-2010

Microsoft və Google Azərbaycanın ərazi bütövlüyünü tanımır?!

16-04-2010

“Google” şirkəti “Android 4.4” platformasını təqdim edib

01-11-2013

“Google maps”də Azərbaycanın Xocavənd rayonu Martuni kimi göstərilir

07-03-2009

Milli məkan standartları qəbul edilib

20-08-2025

Google uşaqlar üçün xəritə hazırlayır

12-08-2015

Ekspert:Qarabağın işğaldan azad olunan ərazilərinin coğrafi məlumatlarını kim hazırlayıb?

17-08-2022

“Google”nin də sosial şəbəkəsi olacaq

17-09-2010

Milli Net Müsabiqənin keçirilmə Qaydalarında dəyişikliklər qəbul edilib

02-06-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə