Futbolu “Toshiba” ilə bir daha sevəcəksiniz
Akkumulyatorlu televizorlar təqdim olunub “Toshiba” şirkəti quraşdırılmış akkumulyatorlu maye kristal televizorlar təqdim edib. 24 və 32 düyüm diaqonallı modellər LED TV texnologiyası üzrə hazırlanıb və işıq diod işıqlandırma sistemi ilə təchiz olunub. Televizorların avtonom iş rejimi iki saata yaxındır. Akkumulyatorun enerji ilə doldurulması isə televizoru enerji mənbəyinə birləşdirərkən təmin olunur. Toshiba yeni məhsullarını xüsusən futbol həvəskarları üçün nəzərdə tutulmuş televizorlar kimi təqdim edir. Akkumulyatorlu televizorların sahibləri onları özləri ilə istədikləri yerə götürüb futbol matçlarına baxa bilər. Yeni model xətti siqnalın zəif əhatə olunduğu yerdə telegörünüş keyfiyyətinin artırılması texnologiyası ilə təchiz olunub. “Toshiba”nın yeni məhsullarının satışa çıxarılma tarixi, eləcə də təqdim olunacağı regionlar barədə hələ açıqlama verilmir.