Xeberler.az bildirir ki, "OnePlus" şirkətinin baş direktoru Pit Lo "Business Insider" resursuna müsahibədə "ağıllı" televizorlar bazarına daxil olmaqla bağlı planlar barədə danışıb. İlkin olaraq 43, 55, 65 və 75 düym diaqonallı modellərin buraxılışı gözlənilir. Qurğularda proqram platforması kimi "Android" əməliyyat sistemindən istifadə ediləcək. Baş direktorun sözlərinə görə, televizorların hazırlanmasında "OnePlus" şirkətinin əsas prioritetini təsvir və səs keyfiyyəti təşkil edəcək.Panellər kvant piksellər texnologiyası (QLED) üzrə hazırlanan ekranlarla təchiz ediləcək. Təsvir ölçüsü 3840 × 2160 pikselə (4К) bərabər olacaq. İlk "ağıllı" televizorların sentyabrda rəsmən təqdim ediləcəyini deyən "OnePlus" rəhbəri onların smartfonlarla sıx inteqrasiya olunacağnı qeyd edib. "OnePlus" televizorları premium sinfinə aid olacaq. Onların konkret qiyməti hələ ki açıqlanmayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri