Previous Next
Bağla

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020 17:05
UNEC-də bütün dərslər distant keçiriləcək

Martın 12-dən UNEC-də bütün dərslər distant tədris olunacaq. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq, təhsilin davamlılığının təmin edilməsi məqsədilə UNEC-də bütün dərslər distant formada təşkil ediləcək.

Xeberler.az bildirir ki, tətbiq ediləcək distant təhsil əyani təhsilin alternativi kimi düşünülüb. Distant təhsilə istənilən məkandan mobil telefon və internetlə qoşulmaq mümkündür. UNEC Eksterndə distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulan dərsləri əvəz edəcək.  Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda “iştirak edir” kimi qeydiyyata alınacaq. Hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına malikdır.

Müəllimin distant formada keçdiyi mühazirə avtomatik olaraq videoarxivləşdiriləcək və hər bir tələbə həmin mühazirəni dərsdən sonra da dinləyə və görə biləcək. Dərs cədvəli və bununla bağlı ətraflı məlumat tələbələrin şəxsi kabinetlərinə göndəriləcək.

Distant təhsil müddətində Qaynar xətt (1846) və Call center (1846-1- 1501; 1846-1-1502) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Yarana biləcək suallar UNEC Distant Facebook ( facebook.com/unecdistant ) səhifəsi üzərindən və [email protected] e-ünvanından operativ cavablandırılacaq.

Distant tədris müddəti Nazirlər Kabinetinin müəyyən etdiyi dövrü (2020-ci ilin mart ayının 10-dan 20-dək) əhatə edəcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20- dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020

UNEC distant təhsilə hazırlaşır

23-01-2024

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

Bakı Xoreoqrafiya Akademiyasında dərslər onlayn şəkildə davam etdirilir

16-03-2020

Distant dərslərin evdən təşkili uğurla nəticələnib

11-04-2020

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020

UNEC evlərdən distant təhsilə başlayır

04-04-2020

Yeni tədris ilində dərslər bu formada keçiriləcək

27-08-2020

WUF13 müddətində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

13-05-2026

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020

UNEC-də virtual dekanlıq yaradılıb

04-11-2020

WUF13-lə əlaqədar bəzi məktəblərdə tədris distant təşkil edilir

18-05-2026

UNEC-də distant Çin dili kursları təşkil olunacaq

10-09-2019

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013

Gəncədəki elmi tədqiqatçılar distant formada imtahan verib

27-01-2016

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024

İnformatika üzrə distant formada doktorluq imtahanları keçirilib

06-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə