Previous Next
Bağla
REKLAM YERİ

Bakcell startaplar üçün təlimlərə başlayıb

28-08-2017 23:02
   Bakcell startaplar üçün təlimlərə başlayıb

Bakcell şirkəti AppLab proqramının iştirakçılarının davamlı inkişafını dəstəkləmək məqsədilə təlimlərə başlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, təlimlərin mövzuları seçilərkən Şirkətin inkubasiya mərkəzində fəaliyyət göstərən komandaların istək və ehtiyacları nəzərə alınıb.

“Biznes planın qurulması” adlanan ilk təlimdə düzgün tərtib olunmuş biznes planının startapın uğur qazanmasında rolu, onun strukturu, hazırlanması, tətbiqi və qiymətləndirolməsi prosesi haqqında danışılıb. Təlimin sonunda Applab iştirakçıları üzərində çalışdıqları layihələrin ilk biznes planlarını qurublar.

“İştirak etdiyim bu ilk təlim sayəsində məhsulun satışa çıxarılması və investorlarla əlaqələrin qurulmasının müxtəlif üsulları barədə ətraflı məlumat əldə etmişəm. Bundan əlavə, bu təlim biznes planın hazırlanması və biznes planın istənilən startap üçün nə dərəcədə əhəmiyyətli olmasını əyani şəkildə sübut etdi”, – deyə “BuilDay” adlı tətbiqetmənin təsisçisi Sadıq Hüseynov bildirib.

Şirkətin inkubasiya mərkəzində fəaliyyət göstərən 7 layihənin komanda üzvləri bundan sonra aşağıdakı mövzularda keçirilən təlimlərdə iştirak etməklə öz bacarıqlarını artıracaq:

  1. Piçinq üzrə master klass
  2. “Blockchain”-ə giriş üzrə intensiv təlim
  3. İnvestorlarla Əlaqələrin İnkişaf etdirilməsi üzrə intensiv təlim
  4. Biznes Planın Hazırlanması üzrə intensiv təlim
  5. Layihələrin İdarə Olunmasının Əsasları üzrə təlim

Hər bir təlim əsas nəzəri hissə və praktiki hissədən (“case study”) ibarət olacaq. Ümumilikdə, təlimlərin müddəti 25 saatdır. 3 ay davam edəcək təlimlərdə “Applab” tərəfindən dəstəklənən komandalar düzgün biznes planın yazılması, layihələrin idarə olunması, investorlar qarşısında çıxış və əlaqələrin qurulması üzrə lazımi bilik və bacarıqlar əldə edəcək.    

Təlimlər ölkə daxilində təlim, qiymətləndirmə və konsaltinq xidməti göstərən aparıcı şirkətlərdən olan CAC Training Center şirkəti ilə birgə təşkil olunur.

AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot versiyadan hazır məhsul halına gətirilməsi üçün seçilmiş developerlərə kömək etmək məqsədilə yaradılmış sürətləndirilmiş icra modelidir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell proqramçılar üçün seminar keçirib

15-09-2017

AppLab layihəsində iştirak edən gənc developerlərə təlim keçilib

18-07-2018

Bakcell proqramçılar üçün master-klass təşkil edib

30-11-2017

Ötən il KOBİA 7 mindən çox sahibkarın bilik və bacarıqlarını artırıb

22-01-2026

AppLab proqramı üçün 32 startap yarışır

22-01-2018

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018

Bakcell blokçeyn texnologiyası üzrə təlim keçirib

31-01-2018

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

18-03-2019

Bakcell-in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır

06-11-2018

“Azərbaycan proqramçıları böyük potensiala malikdir”

23-02-2018

«Bakcell» şirkəti «Mobil Telekommunikasiya Biznesinə Giriş» proqramının yeni mərhələsinə başlayıb

03-10-2010

“Startup School 3” layihəsində təlim sessiyaları başa çatıb

16-09-2025

AppLab layihəsinin bir ili tamam olur

08-10-2015

AppLab növbəti dəfə layihə qəbulu elan edib

25-01-2017

Bakcell-dən 5 startapa dəstək-Siyahı

16-02-2018

AppLab İT müsabiqədə qalib gəlib

11-05-2018

KOBİA I yarımildə hansı işləri görüb?-Hesabat

14-07-2023

Azercell müəllimlər üçün İKT təlimləri keçirib

22-12-2015

Bakcell-in dəstəyilə daha iki gənc kiçik biznes qurdu

31-05-2018

İKT üzrə yeni Təlim Mərkəzi fəaliyyətə başlayıb

12-04-2018

Biznes qurmaq istəyən gənclərə Bakcell-dən növbəti dəstək

29-10-2018

Biznes İnkubasiya Mərkəzinə 190 müraciət olub

28-01-2016

Rəqəmsal bacarıqlar və məşğulluq üzrə təlim keçiriləcək

24-09-2020

Regionlarda informasiya texnologiyaları üzrə təlimçilərin hazırlığına start verilir

07-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə