Previous Next
Bağla

Regionlarda İKT ilə bağlı təlimlər keçirilir

04-11-2017 11:53
Regionlarda İKT ilə bağlı təlimlər keçirilir

Regionlarda keçiriləcək növbəti təlimlərə noyabrın 3-də Gəncə şəhərindən start verilib.

Xeberler.az-ın məlumatına görə, təlimlərin əsas məqsədi innovativ texnologiyaların tətbiqi ilə biznesin inkişaf yollarını araşdırmaqdır. Həmçinin bununla bağlı yerli mütəxəssislərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsi yaratmaq, habelə, daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə dəstək olmaqdır.

Yerli və xarici ekspertlərin iştirakı ilə təşkil olunan təlimdə elektronlaşmaya vətəndaşların cəlb olunmasını tənzimləməkdə məsuliyyətli olan müvafiq dövlət orqanlarının rəsmiləri və sahibkarlar iştirak edir.

 Təlimdə e-Hökumət və e-İştirak konsepsiyalarının qlobal inkişaf tendensiyaları; dövlətin şəffaf idarə edilməsində İKT-dən daha səmərəli istifadə; internet təhlükəsizliyi, məxfilik, internetə çıxış, inkişaf və s. məsələlər müzakirə ediləcək. E-Hökumət və E-İştirak infrastrukturu, “Elektron hökumət” portalı (e-gov.az), portalın vətəndaşlara təqdim etdiyi xidmətlər, portaldan istifadə qaydaları, elektron imza, elektron sənəd haqqında nəzəri və praktik biliklər aşılanacaq.

Gün ərzində davam edəcək təlimin iştirakçılarına real iş rejimində "Elektron hökumət" portalı (e-gov.az) üzrə praktik bacarıqlarını artırmaq, habelə, elektron imza və elektron sənəd haqqında məlumat almaq imkanı veriləcək.

Təlimdə regionlarda dövlət qulluqçularının İKT potensialının gücləndirilməsi ilə bağlı beynəlxalq təcrübənin tətbiqi, vətəndaşların dövlət xidmətlərinə çıxış imkanı məsələlərinə də toxunulacaq.

Təlimin sonunda iştirakçılara BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən sertifikat təqdim ediləcək.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

Mingəçevirdə e-xidmətlərlə bağlı seminar keçirilib

01-04-2017

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

10-08-2015

“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir

10-04-2015

Elektron hökumət üzrə iki günlük kurs başladı

17-03-2015

Açıq hökumət üzrə milli potensialın inkişafı müzakirə edilib

06-12-2017

“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

20-02-2015

Gənclərin Elektron Hökumət portalından istifadəsi mövzusunda təlim keçirilib

26-06-2015

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017

Elektron hökumət üzrə təlimlər davam edir

18-07-2017

ASAN xidmətin innovasiyaları Qırğızıstanda təqdim olunub

30-08-2019

Regionlarda əhaliyə e-xidmətlərlə bağlı məlumat verilir

31-08-2017

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

“Elektron hökumət” bülleteninin növbəti sayı dərc edilib

18-07-2017

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015

Üçüncü Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb

03-12-2015

“Elektron hökumət”lə bağlı rayonlarda təbliğat seminarları keçirilib

17-11-2015

Regionlarda elektron şikayət qəbulu ilə bağlı vətəndaşlara məlumat verilir

19-08-2016

İKT ilə bağlı böyük sosial layihə başladı

22-09-2017

Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

14-10-2021

“İKT LAB” sosial mediadan istifadə təlimləri keçirir

21-04-2022

Ağdaşda e-xidmətlərlə bağlı seminar keçirilib

28-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə