AzTU komandalarının Özbəkistan Respublikasında keçiriləcək “Global Tech Hackathon 2026” beynəlxalq yarışmasına hazırlıq mərhələsi başa çatıb.
Xeberler.az bildirir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) komandaları Özbəkistan Respublikasının Daşkənd şəhərində yerləşən Central Asian University (CAU – Mərkəzi Asiya Universiteti) tərəfindən təşkil olunan “Global Tech Hackathon 2026” çərçivəsində keçiriləcək beynəlxalq yarışmalarda iştirak edəcəklər.
Hackathon proqramının əsas istiqaməti:
“AI in Healthcare Hackathon 2026” – bu istiqamət üzrə AzTU-nu 2 startap komandası – AZ2 və MedX təmsil edəcək.
Beynəlxalq mərhələdən öncə “AI in Healthcare Hackathon 2026” istiqaməti üzrə çıxış edəcək komandaların layihələri AzTU-da daxili qiymətləndirmədən keçirilib. AzTU İnkubasiya Mərkəzində təşkil olunan təqdimat sessiyasında AZ2 və MedX komandaları öz texnoloji həllərini, layihələrinin innovativ tərəflərini və tətbiq potensialını nümayiş etdiriblər.
Qiymətləndirmə zamanı layihələrin aktuallığı, texniki əsaslandırılması, real problemlərə yönəlməsi və beynəlxalq platformada rəqabət qabiliyyəti əsas meyar kimi nəzərə alınıb. Verilən rəy və tövsiyələr əsasında komandalar layihələrini daha da təkmilləşdirərək Daşkənd şəhərində keçiriləcək beynəlxalq mərhələyə hazırlaşırlar.
Eyni zamanda, yarışma çərçivəsində keçiriləcək “International Cybersecurity Capture the Flag (CTF) 2026” istiqaməti üzrə də AzTU komandalarının iştirakı nəzərdə tutulur və bu istiqamət üzrə hazırlıq prosesi davam edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları