Google,Twitter kimi məşhur şirkətlər işçilərini necə yaradıcı yetişdirir?

31-01-2016 / 13:05

Dünyada işçilər çalışdıqları şirkətləri zirvəyə aparmaq mövzusunda böyük əhəmiyyət kəsb edir.

Bəzən digər həmkarlarından daha yaxşı, bacarıqlı olan bir çox işçinin şəxsi həyatında baş verən mənfi hadisələr işlərinə də təsir edir.  

Bu mənfi təsirlərin iş həyatına təsir etməməsini istəyən  Twitter, Google  və Facebook kimi məşhur şirkətlər işçilərinin daha yaradıcı və təcrübəli olması üçün müxtəlif faydalı tədbirlər, proqramlar  həyata keçirir.

Xeberler.az  xarici mətbuata istinadən məlumat verir ki, Twitter-in qurucularından Evan Williams yeni şirkətinin mərkəz hissəsində  işçilərin Yoqa etməsi üçün bir sahə ayırıb. Belə ki, işçilər istədikləri vaxt xüsusi təlimçilər ilə birlikdə bu sahədə Yoqa edə bilir. Bununla da onlar öz işlərinə daha yaxşı yönələ bilir.

İşçilərinə xüsusi təhsil imkanı təqdim edən digər firma isə  Google-dur. Belə ki,  Google-un xüsusi olaraq özünün təşkil etdiyi   “Search Inside Yourself” (Öz daxilində axtarış)  adlı dərsləri şirkətdə çalışan işləyənlərə duyğusal təhsil verir.

Wisdom 2.0-ın qurucusu olan  Soren Gordhamer hər il təşkil etdiyi  Texnoloji və Şüurluluq konfransında bu kimi tədbirlərin nə qədər vacib olduğu barədə detaylı çıxış edib.

O deyib ki, bu gün elə bir dövrdə yaşayırıq ki, sürətlə inkişaf gedir və ənənəvi bir çox  məsələlər artıq dəyişir. Soren Gordhamer hesab edir ki,  bu gün iş müddətini tez bitirməyə yox, işdə olan dostlarla əlaqədə olmaq və faydalı iş görmək daha vacibdir:

“Buna görə də işçilərin fəaliyyətinin keyfiyyətini artırmaq məhz həm şirkət baxımından, həm də onların etdiyi işin keyfiyyəti baxımından çox əhəmiyyətlidir”.

Soren Gordhamer deyib ki, işçilərin bu keyfiyyətli iş əmsallarını, yaradıcılıqlarını artırmaq üçün şirkətlər 3 məsələyə diqqət etməlidir- kifayət qədər fiziki imkanlar, müxtəliflik, dəstək və cəsarətləndirmə.

O hesab edir ki, bu imkanlar təmin edildiyi təqdirdə işçilərin iş keyfiyyəti ciddi  şəkildə artacaq.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə