“Google” daha bir xidmətinin işini dayandırıb

03-11-2013 / 04:26

Google şirkəti gəlirsiz layihələrini bağlamağa davam edir.

Xəbərlər-in verdiyi məlumata görə, biznesin optimallaşdırılması üzrə növbəti “qurban” kifayət qədər populyar iGoogle xidməti olub.

iGoogle xidməti 2005-ci ildə istifadəyə verilib. Bu xidmətin köməyilə istifadəçilər onlar üçün ən maraqlı xəbərlərin məlumatından ibarət fərdiləşdirilmiş səhifələr yarada, buraya elektron poçt xidmətindən bildirişləri, təqvim və başqa xidmətləri yerləşdirə, informasiya vidcetlərindən istifadə edə bilərdilər.

Şirkət iGoogle xidmətinin fəaliyyətini dayandırmasını müasir texnologiyalar, mobil qurğular, mobil tətbiqlər, müxtəlif xidmətlər informasiya qəbulunun operativ üsulları ilə əsaslandırırş Chrome və ya Android kimi yeni tətbiq və platformaların inkişafı ilə əlaqədar iGoogle xidməti öz aktuallığını itirib.

Buna görə 2013-cü il noyabrın 1-də öz işini tamamilə dayandırıb. Google hələ ötən il xidmətin dayandırılacağı haqqında istifadəçilərə xəbərdarlıq etməyə başlayıb.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə