Google mütəxəssisləri obrazların tanınması və maşın təliminə əsaslanan, “Google Arts & Culture” layihəsi üçün rəqəmsallaşdırılmış incəsənət əsərlərinin geniş arxivində smartfon kamerası ilə çəkilmiş avtoportret üzrə oxşarların axtarılmasına imkan verən alqoritm hazırlayıblar.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, istehsalçılar bu alqoritm əsasında bir növ mini-oyun yaradaraq, onu Android və iOS əməliyyat sistemləri üçün əlçatan olan “Google Arts & Culture” proqramına quraşdırıblar.
Proqram layihənin məlumat bazasında istifadəçinin selfisinə oxşar portreti və ya heykəli tapır. Selfi və onun oxşarının yan-yana yerləşdirildiyi, həmçinin oxşarlıq faizinin göstərildiyi təsviri sosial şəbəkələrdə paylaşmaq mümkündür.
Sosial şəbəkələrdə #googleartsandculture heşteqi ilə dərc edilən şəkillərə əsasən, alqoritmin çox vaxt detalları yaxşı “aşkar etdiyini”, lakin bütöv bir şəkili nadir hallarda “gördüyünü” demək olar. Bəzən portretlərdəki insanların cinsiyyəti də uyğun gəlmir. Yeni funksiya hələ ki, yalnız ABŞ-da yaşayan “Arts & Culture” istifadəçiləri üçün əlçatandır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri