“Google” şirkətindən axtarış alqoritminin sirrini açmaq tələb olunur

20-04-2015 / 10:32

Fransa senatı internetdə rəqabəti dəstəkləyən qanunlar qəbul edib. Onlardan biri bütün axtarış sistemləri tərəfindən nəticə alqoritmlərinin açıqlanmasını nəzərdə tutur.

Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, yeni qaydalar ilk növbədə “Google” şirkətinin işinə təsir göstərəcək, çünki Fransa istifadəçilərinin sorğularının 90 faizi bu sayt vasitəsilə edilir.

İnternetdə rəqabətin dəstəklənməsinə dair qanunları müzakirəyə senator Katrin Morin-Desali çıxarıb, iqtisadiyyat naziri Emmanuel Makron isə onlara qarşı çıxıb. O bildirib ki, belə qanunlar Avropa İttifaqı tərəfindən qəbul edilməlidir. Lakin Morin-Desali qeyd edib ki, Fransanın internet biznesinə dəstək təcili göstərilməlidir, Aİ-də qərarların qəbulu prosesi isə çox yubanır.

Bundan başqa, senat axtarış sistemlərini üç rəqibin saytına (onlardan biri Fransa saytı olmalıdır) linklər verməyə məcbur edən qanunu təsdiq edib.  

Nəticə alqoritmləri axtarış sistemlərində ən böyük sirdir. Əksər şirkətlər bu sirri açmağa çalışır ki, axtarış sistemlərində öz mövqeyini yaxşılaşdırsın və internetdə auditoriyasını artırsın.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə