“Google” şirkəti ilə Mişel Obama arasında qalmaqal

29-12-2009 / 18:20

İnternet axtarış sisteminin nəhəngi olan “Google” rəhbərliyi ABŞ-ın birinci xanımı Mişel Obamaya qarşı irqçi hörmətsizlik kimi qiymətləndirilən şəkilə görə üzr istəyib.

AgahMedia.Com informasiya portalının BBC şirkətinə istinadən verdiyi məlumata görə, şirkət xanım Obamanın təhqiramiz şəklinin nə üçün axtarış nəticələrində çıxdığını izah etsə də, Obamanın həyat yoldaşının şəklini öz axtarış sistemindən hələ çıxarmayıb.

Qalmaqal Amerikada azad sözlə bağlı müzakirələrin intensivləşməsinə səbəb olub. Mişel Obama dünyada ən çox fotoşəkli çəkilən qadındır. Ona görə də təəccüblü deyil ki, Google sistemində axtarış zamanı onun şəkilləri 8 milyona yaxın nəticə verir. Amma ən şok yaradıcı nəticə siyahının başında çıxan şəkildir. Bu şəkildə onun üzü rəqəmsal texnologiya ilə meymunun üzünə dəyişdirilib. “Google” xəbərdarlıq mesajı yazıb:“Bəzən bizim axtarış nəticələrimiz təhqiramiz ola bilər. Biz bununla razıyıq”. –Şəkil şirkətin mövqeyini əks etdirmir və şəkilin nəticələrin ən başında peyda olması axtarış nəticələri üçün istifadə olunan alqoritmlərlə bağlıdır... -deyə “Google” rəsmiləri əlavə edərək bildiriblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə