“Google”-un növbəti yeniliyi etirazlara səbəb olub

01-11-2011 / 12:52
“Google Map Street View” tətbiqetməsi (“Google” xəritə vasitəsilə küçələrin görünüşü) pilot versiya ilə mağazaların içərisinin də görüntülərini yayımlayacaq.

Şirkətlər “Küçə görünüşü” tətbiqetməsinin əlavələri vasitəsi ilə bu xidmətdən yararlana biləcək.

Sözügedən tətbiqetmə bir çoxları tərəfindən etirazla qarşılanıb. Belə ki, etirazçılar bu tətbiqetməni şəxsi həyatın gizliliyinə hücum kimi qiymətləndirir.

“Google” şirkəti bu tətbiqetmənin istəyə bağlı olaraq həyata keçiriləcəyini və heç bir məcburiyyətin olmadığını bildirib. İlk olaraq İngiltərə, Fransa, Avstraliya, Yeni Zellandiya, ABş-ın bəzi bölgələrində tətbiq olunacaq yenilik daha sonra digər yerlərə də təklif olunacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə