Google keçən ilin oktyabr ayında tanıtdığı və yalnız xüsusi dəvət ilə yeni istifadəçini qəbul etdiyi yeni e-poçt xidməti olan Inbox-u istifadəyə verib. Google bu barədə ilk dəfə "GoogleI / O 15 " konfransında açıqlama vermişdi. Qeyd etmişdi ki, Inbox-a yeni xüsusiyyətlər əlavə edilib.
Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Inbox-un yeni xüsusiyyətlərindən ən diqqət çəkən məqam istifadəçinin göndərdiyi bir e-poçtu ilk 10 saniyə ərzində geri ala bilməsini təmin etməkdir. Həmçinin HotelTonight, Eat24 və Pinterest kimi proqramlarla birgə işləyən İnbox istifadəçilərin poçt qutusundan ayrılmadan proqram funksiyalarından istifadəsini təmin edir.
Hazırda Bundle yanaşmasıyla fərq yaradan Inbox bundan sonra səyahətlərlə əlaqədar bütün e-poçtlar üçün ayrıca bir Bundle təqdim edir. Belə ki, Bundle səfər müddətində sizin üçün prioritet ola biləcək məlumatları müvafiq olaraq önə çıxarır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri