Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya İdarəsi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarət və İqtisadi Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) birgə təşkil etdiyi “HackMasters” yarışmasında 18 ölkədən kompüter texnologiyaları üzrə mütəxəssislər iştirak ediblər.
Xeberler.az Azərtac-a istinadən məlumat verir ki, “Rəqəmsal davamlılığın və mühafizə tədbirlərinin, o cümlədən kibertəhlükəsizliyin artırılması” layihəsi çərçivəsində onlayn formatda keçirilən yarışmanın iştirakçıları arasında azərbaycanlı mütəxəssislər də olublar.
Yarışma 12 saat davam edib, rəqabət məlumatlarının təhlilinin yekunlarına əsasən, ən yaxşı üç iştirakçı komandanın siyahısı oktyabrın 1-dək açıqlanacaq.
Qaliblər noyabrın 4-6-da 40-cı COMCEC Nazirlər Toplantısı çərçivəsində mükafatlandırma mərasiminin keçiriləcəyi İstanbula dəvət olunacaq.
COMCEC kibertəhlükəsizlik sahəsində İƏT-ə üzv ölkələrin həmrəyliyinin və əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri