Previous Next
Bağla

Hansı ölkələr yeni innovasiyaları daha tez qəbul edir?-Araşdırma

28-10-2016 14:24
Hansı ölkələr yeni innovasiyaları daha tez qəbul edir?-Araşdırma

Mastercard şirkətinin innovasiyaların təsiri haqqında apardığı tədqiqat bütün sahələrdə rəqəmsal texnologiyaların getdikcə artan rolunu ortaya çıxarıb.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, araşdırmada Avropa, Afrika və Yaxın Şərqin 23 ölkəsindən rəqəmsal texnologiyalara münasibətini bildirən 23 min istehlakçı iştirak edib.

Araşdırmanın məqsədi 23 ölkədə rəqəmsal texnologiyalardan istifadənin səviyyəsini, istifadəçilərin vərdiş və davranışlarını öyrənməkdən ibarət idi. Tədqiqata rəqəmsal texnologiyalardan istifadə əsasında müxtəlif istehlakçı qrupların müəyyənləşdirilməsi və müxtəlif ölkələrin istehlakçılarının müqayisəsinin aparılması daxil olub.

Təqdiqata əsasən, istehlakçıların 90%-dən çoxu smartfonları digər cihazlardan daha çox istifadə etdiklərini bildiriblər. Məlum olub ki, istehlakçılar ödəmələr zamanı barmaq izi kimi biometrik məlumatlardan istifadəni, PIN-kodlarla edilən ödənişlərdən üstün tuturlar.

Afrika və Orta Şərq regionunda yaşayan insanların 70%-i smartfonlarla ödəniş etməyə razı olduqlarını bildirdiyi halda, bu fikirlə Qərbi Avropandan olan respondentlərin yalnız 38% razılaşıb. Buna baxmayaraq, bütün regionlardan olan istehlakçılar ödənişlərin yeni yolları haqqında soruşulduqda, plastik kartlara alternativ olaraq smartfonları göstəriblər. Regionlar üzrə 92% istehlakçı isə rəqəmsal innovasiyaların perspektivinə və gələcəkdə müsbət təsirinə inanırlar. Respondentlərin sadəcə 8%-i rəqəmsal texnologiyaların mənfi təsirə malik olduğu fikrindədirlər.

“Bizim araşdırmamız təsdiq edir ki, yeni ödəmə üsullarından istifadəyə tələbat yüksəkdir və demək olar ki, bütün istehlakçılar öz smartfonlarından istifadə etmək istəyirlər. Hətta bir çoxları buna elə indidən başlamağa hazırdırlar. Uzun illərdir ki, nağd pulun yeganə alternativi olaraq plastik kartlar mövcud idi, lakin bu gün insanlar açıq şəkildə elan edirlər ki, onlar həyatlarının bütün sahələrində rəqəmsal texnologiyaların mövcud olmasını arzu edirlər”, - deyə Mastercard-ın beynəlxalq bazarlar üzrə prezidenti Enn Keyrns bildirib.

Tədqiqatın nəticələrinə əsasən, texnoloji olaraq daha az inkişaf etmiş ölkələrdə yaşayan istehlakçılar rəqəmsal innovasiyaları qabaqcıl texnoloji ölkələrdə yaşayan insanlarla müqayisədə daha müsbət qarşılayır. Qərbi Avropada isə rəqəmsal dəyişikliyə qarşı olan insanların sayı daha çoxdur. Aktiv şəkildə yeni texnologiyaları qarşılamağa hazır olanların sayına görə ən yüksək sıralarda Mərkəzi və Şərqi Avropa ölkələri, həmçinin Yaxın Şərq və Afrika dayanır. Rusiya, Türkiyə və Ukraynada sorğuda iştirak edənlərin 27%-i özlərini yeni texnologiyanın dəstəkçiləri adlandırırlar. Mərkəzi Asiya və Afrikada isə insanlar həyatlarının bütün sahələrində daha çox innovasiyaya ehtiyac duyduğunu bildirib.

İnnovasiyalara göstərilən böyük marağa baxmayaraq, bütün regionlarda istehlakçılar təhlükəsizliyə, əsasən də ödəmələrlə bağlı təhlükəsizliyə xüsusi diqqət yetirirlər. İstehlakçılar yekdil olaraq rəqəmsal ödənişlərin təhlükəsizliyində əsas öncəliklərinin bank hesablarından sonra şəxsi məlumatların təhlükəsizliyi olduğunu bildirib. Həmçinin, onlar ödəniş prosesini asanlıq və sürətlilik kriteriyalarına görə də dəyərləndirirlər.

 “Ötən illərdə bir çox istehlakçının rəqəmsal innovasiyalar haqda mənfi ve ya neytral rəydə olduğu bildirirdi. Lakin bu araşdırma istehlakçı davranışında mühüm dəyişiklikləri aşkar edib. Fərqli ölkələrdən insanlar rəqəmsal həyat tərzinə üstünlük verir və bunun onların həyatı üçün faydalı olacağına inanırlar. Bizim insanların hansı innovasiya növünü daha çox arzu etdiklərini anlamağımız çox vacibdir. Bütün hallarda dəyişiklikliyə olan meyli və bu prosesin sürətləndiyini görmək sevindirici haldır”, - deyə Enn Keyrns vurğulayıb.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Agentliyi sosial şəbəkələrdə alış-verişlə bağlı xəbərdarlıq edib

12-03-2026

Samir Məmmədov: "2 000-ə yaxın zərərli internet resuru bloklanıb"

12-03-2026

İnfluenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunur

12-03-2026

Tahir Mirkişili: "Ödəniş xidmətlərinə çıxış imkanları genişləndiriləcək"

24-06-2023

Mastercard Azərbaycanda yeni xidmət tətbiq edəcək

30-11-2018

Mastercard-ın yeni kampaniyası müştəri vərdişlərini dəyişməyə davam edir

16-04-2020

Azərbaycanda rəqəmsal ödəniş ekosistemində yeni inkişaf dövrü başlayır

10-08-2023

Hansı ödəmə xidmətlərinə üstünlük verilir?

17-08-2015

Agentlikdə “Trendyol” şirkətinin nümayəndələri ilə görüş keçirilib

05-02-2026

Mastercard: “Nağd pul ən çirkli gündəlik əşya hesab olunur”

30-11-2016

Rəqəmsal ödənişlər sahəsində Qafqazda ilk forum keçirilib

10-02-2020

Mastercard yeni texnologiya təqdim edib

16-10-2017

Yeni texnologiyalar nağd pulları əvəz edir

01-09-2015

Mastercard və tərəfdaşları Qiymətsiz Planet Koalisiyası yaradıblar

22-01-2020

2017-ci ilin istehlak trendi nələr olacaq?

26-12-2016

Rəqəmsal texnologiyalar sahəsində istehlakçı hüquqları ilə bağlı araşdırma aparılır

27-04-2022

Özəl internet xidmətləri təminatçıları ilə müzakirələr aparılıb

07-10-2022

“mygov” istifadəçilərin sayı 2,5 milyona çatıb

12-03-2026

Dövlət Xidməti vəkillər və vəkilliyə namizədlər üçün təlim keçirib

22-04-2022

“Visa” Azərbaycanı rəqəmsal emissiyaya hazırlayacaq

18-11-2020

"Elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik” mövzusunda tədbir keçirilib

12-03-2026

Avropada rəqəmli pul kisələrinə tələbat artıb

07-04-2016

PayPal ödənişlərin gələcəyini mobil qurğularda görür

15-07-2015

Biometrik texnologiyalar sahəsində əsas trendlər

22-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə