Hesab.az “Silahlı Qüvvələrə Yardım Fondu”-na ianə edib

04-11-2020 / 16:01

Bu gün hər birimizin ürəyi qələbə uğrunda düşmənlə vuruşan ordumuzla döyünür!

Xeberler.az bildirir ki, Hesab.az onlayn xidmətlər portalı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qürurla və mərdliklə döyüşən müzəffər ordumuzun yanında olduğunu bildirmiş və bu məqsədlə GoldenPay/Hesab.az, “Silahlı Qüvvələrə dəstək” sosial layihəsinə başlamışdı. Layihə artıq uğurla başa çatdı.

Məlumat üçün qeyd edək ki, Hesab.az-da istifadəçilər tərəfindən adi qaydada edilən ödənişlərə görə GoldenPay həmin ödənişlərin müəyyən faizini Hesab.az-da yaradılan daxıla əlavə etdi.

Hesab.az-da yaradılan daxıldakı məbləğ 5 000 AZN-ə çatdı və GoldenPay/Hesab.az olaraq üzərinə 5 000 AZN daha əlavə edərək, Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 AZN ianə etdi. Beləliklə də, istifadəçilər Hesab.az-da adi qaydada ödənişlərini etməklə sosial dəstək layihəsində iştirak edərək, “Silahlı Qüvvələrə Yardım Fondu”-na dəstək olmuş oldular.

Məlumat üçün qeyd edək ki, Hesab.az onlayn xidmətlər portalına istifadəçilərin Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə ödəniş etmələri üçün “Silahlı Qüvvələrə Yardım Fondu”-na ödəniş etmək xidməti də, əlavə edildi.

Belə bir dövrdə həmçinin, Hesab.az onlayn ödəniş portalı öz xidmət və məhsullarını daha sürətli, təhlükəsiz, funksional baxımından əlverişli olması üçün dayanmadan çalışır və öz fəaliyyətini daha da ciddi, məsuliyyətli şəkildə davam etdirir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə