“Hökumət buludu” layihəsi büdcə xərclərini artıracaq, yoxsa azaldacaq?

29-08-2020 / 11:25

Prezident yenicə optimallaşma ilə bağlı fərman imzalasa da, görünür Dövlət Sosial Müdafiə Fondu hələlik "Hökumət buluduna" köçməyə tələsmir.

Xeberler.az bildirir ki, bu barədə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz bildirib:

“Prezident 18 avqust 2020-ci il tarixdə “Hökumət buludu”na keçidlə bağlı Fərman verib. Bir il bundan öncə də bu layihəyə hazırlıqla bağlı müvafiq Fərman imzalanmışdı. Yeni sənəddə “Bulud”la bağlı işlərə start vermək üçün cəmi bir ay vaxt verilib. “Hökumət bulud”u layihəsinin mahiyyəti də ondan ibarətdir ki, bütün dövlət qurumlarının informasiya sistemləri və bazaları mərhələli şəkildə Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirlirinin Data Mərkəzinə köçürüləcək. Yəni dövlət qurumlarında artıq Data Mərkəzlərin inkişafı, informasiya resursları üçün serverlərin alınması və onlara dəstəklə bağlı məsələlər adıçəkilən Fərmana görə “Hökumət buludu” çərçivəsində nəzərdə tutulur”. 

Ekspert bildirir ki, Prezidentin fərmanı dərc ediləndən dərhal sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tender keçirərək server avadanlıqlarına, informasiya ehtiyatlarına və sistemlərinə dəstəyin göstərilməsi üçün “AİSTGroup” MMC şirkətinə 1 milyon 302 min vəsait ödəyib: 

“Belə olan halda sual yaranır ki, əgər bu tip büdcə xərcləri dövlət orqanlarına ayrılmaqda davam edəcəksə, onda “Hökumət buludu”na nə ehtiyac vardı? Məntiqlə, əgər Prezident fərmanı ilə “Hökumət buludu”na 1 ay vaxt verilibsə, məqəsd də xərclərin optimallaşdırılmasıdırsa, onda paralel olaraq da dövlət qurumalrında bu tip xərclər dayandırılmalıdır. Görünür ki, hələlik belə deyil. Prezidentin fərmanının icrasına nəzarət edənlər ümid edirəm ki, bunun fərqində olacaqlar”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə