Hotmail sizi özünüzdən qoruyacaq

14-07-2011 / 22:16

Hotmail təhlükəsizlik üçün iki yeni funksiyanı istifadəyə verməyə hazırlaşır. Bu funksiyalar istifadəçilərə yeni imkanlar verəcək və bəzi məhdudiyyətlər tətbiq edəcək.

Birici yenilik dostunun e-poçtunun hack olunması ilə bağlı məlumat vermək üçün nəzərdə tutulub. Belə ki, siz dostunuzun və ya sizə məktub göndərən hər hansı bir şəxdin ünvanının sındırıldığından şübhələnirsinizsə bu haqda məlumat verə biləcəksiniz...

İkinci yenilik isə istifadəçilərin sadə şifrələrdən istifadə etməsinin qarşısını alacaq. Bu yenilik istifadəçilər qeydiyyatdan keçərkən və ya şifrələrini dəyişərkən onlara sadə şifrə seçməyə mane olacaq. Əgər siz artıq sadə paroldan istifadə edirsinizsə sizə onu dəyişmək təklif olunacaq. Buna səbəb isə oğurlanan hesabların böyük hissəsində sadə şifrələrdən istifadə olunmasının məlum olması olub. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə