Previous Next
Bağla

HP-dən “ Kompüterinizi gecələr söndürün! ” mesajı

05-06-2009 18:02
HP-dən “ Kompüterinizi gecələr söndürün! ” mesajı

HP şirkəti ətraf mühitin qorunub saxlanması məqsədilə kompüter istifadəçilərinin adət etdiyi vərdişlərin dəyişdirilməsinə istiqamətlənən “Power To Change” adlı proqramın başlanması haqda bəyanat verib.

Şirkətdən verilən məlumata görə, “Power To Change” proqramı kompüterə yeni proqram təminatını yükləməyi təklif edir ki, həmin proqram kompüterin istifadə olunmadığı təqdirdə söndürülməsi hesabına qənaət olunmuş ümumi enerji həcmi haqqında məlumatları təqdim edir.

“Power To Change” proqram təminatı bütün dünyada həm adi istifadəçilər, həm də şirkətlər tərəfindən yüklənilə bilər. İstənilən əməliyyat sistemi ilə uyğunlaşa bilən bu proqram istifadəçilərin və transmilli şirkətlərdə çalışan əməkdaşların ətraf mühit məsələlərinə münasibətinin dəyişdirilməsi üzrə qlobal proqramın reallaşdırılması müddətində qənaət olunan ümumi enerji həcmi haqqında məlumatı əldə etməyə imkan verir. ““Power To Change” proqramı HP fəlsəfəsinin əksidir.

Həmin fəlsəfə ondan ibarətdir ki, əgər şirkət cəmiyyətin inkişafına daim töhfə verməzsə, uğur əldə edə bilməz. Sözügedən proqramda iştirak etməklə, son istifadəçilər və təşkilatlar ətraf mühitin mühafizəsinə, az da olsa, öz töhfələrini edə biləcəklər. Beləliklə, bizim ümumi səylərimiz resursların optimal istifadəsi üçün böyük əhəmiyyət daşıyacaq”,-deyə HP şirkətinin Şimali və Cənubi Amerikada resursların optimal istifadəsi üzrə istiqamətin rəhbəri Con Frey (John Frey) qeyd edib.

HP-nin hesablamalarına görə, əgər 100 000 istifadəçi hər gün işdən sonra öz kompüterini söndürərsə, o zaman 2680 kilovatsaatdan çox enerjiyə qənaət etmək mümkün olar; karbon qazının tullantıları isə günə 1590 kiloqramadək azala bilər. Bu isə, 105 avtomobilin gün ərzindəki tullantılarına bərabərdir.

Qeyd edək ki, “Power To Change” proqramı bütün dünyada 5 dildə -ingilis, çin, ispan, portuqal və yapon dillərində fəaliyyət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet-axtarış ətraf mühit üçün zərərlidir

13-01-2009

Traveler Power Bank – universal qidalanma bloku

26-09-2008

Çinin “Change-1” süni peyki Aya düşdü

02-03-2009

HP öz noutbuklarını yeni nəsil batareyalarla təmin edəcək

11-12-2008

Acer ekologiyanı qoruyan cihazlar istehsal edəcək

13-10-2009

Dünyanın ən populyar proqramlaşdırma dili

15-07-2015

Dünyanın ən populyar proqramlaşdırma dilləri

18-11-2015

«Azercell» naviqasiya xidmətini istifadəyə verdi

16-03-2011

“Google” smartfon üçün səs tərcüməçisi proqramı yaradıb

19-01-2011

“Google” smartfon üçün səs tərcüməçisi proqramı yaradıb

14-01-2011

Koreyada elektromobillərə keçid təşviq olunur

18-05-2015

"İKT və İqlim dəyişikliyi"

25-11-2010

Azərbaycan "ACWA Power" ilə birgə əməkdaşlığə müzakirə edib

07-01-2026

Ana dilində Data Analitika: Ms Excel Ms Power BI kitabı çap edilib

07-09-2019

Disklərin yazılması üçün sadə proqram

05-09-2008

“Bank Standard” müştəriləri öz kartlarının ŞEN-kodunu ATM vasitəsilə dəyişdirə bilərlər

23-09-2009

Dövlət orqanlarının proqram təminatlarının lisenziyalaşdırılması işinə başlanıldı

14-08-2009

Kompüterlər su ilə soyudulacaq!

10-11-2009

Internet Explorer 9 ( 4-cü buraxılış) təqdim olunub

24-08-2010

Azerfon və Softline Microsoft Enterprise Agreement müqaviləsini imzaladılar

16-04-2010

Microsoft-un yeni layihəsi : «Hohm»

29-06-2009

Bu gün “Uşaqların internetdə təhlükəsizliyi” adlı layihənin təqdimati keçirilib

25-11-2008

İnternet qiymətləriylə bağlı yenilik olmayacaq

03-09-2010

“Azərbaycanda piratçılıq səviyyəsi 90 faiz təşkil edir”

15-12-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə