HTC ikinci quqlfonunu təqdim etdi

18-02-2009 / 14:01

Barselonada keçirilən Dünya konqresində HTC şirkəti Android platfomasında olan ikinci mobil telefonunu təqdim edib. Bu, klaviaturası olmayan ilk quqlfondur.

HTC Magic adlanan yeni cihaz 3,2 düymlük sensor ekran, 3,2 meqapiksel kamera və T-Mobile G1-dəki kimi trekbolla təchiz olunub. HTC Magic-də GPS və Wi-Fi modulları da var. Telefon HSDP məlumatların ötürülməsi standartına malikdir.

TechRadar-ın məlumatına görə, HTC Magic-də cupcake kod adı ilə tanınan Android-in yeni versiyası təqdim olunub. Burada köhnə səhvlər düzəldilib, İnternetlə iş sürətləndirilib.

Yeni telefonu Vodafone abunəçiləri ala bilərlər. İlk satışa çıxarılacağı ölkələr Böyük Britaniya, İspaniya, Almaniya, Fransa və İtaliyadır.
Satış qiyməti və vaxtı barədə dəqiq məlumat yoxdur. Amma İspaniyada müqavilədən asılı olaraq 99 avrodan 199 avroya qədər qiymətə satılması ehtimalı var. Apreldə satışda olacağı gözlənilir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə