Previous Next
Bağla

I Avropa Oyunlarında radioəlaqəni təmin etmək üçün 5 min avadanlıq cəlb olunub

11-06-2015 22:00
I Avropa Oyunlarında radioəlaqəni təmin etmək üçün 5 min avadanlıq cəlb olunub

"Bakı 2015" I Avropa Oyunlarında işçi qruplar arasında əlaqəni problemsiz, sürətli və təhlükəsiz təmin edəcək sistem yaradılıb.

Xeberler.az-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə BEGOC-un Radioəlaqələr üzrə meneceri Mark Qrin-Sims (Mark Green-Sims) məlumat verib. O bildirib ki, Oyunlar zamanı işçi qruplar arasında əlaqəni təmin etmək üçün ümumilikdə "Motorola" tərəfindən 5 min avadanlıq - radiostansiya gətirilib. 

"Oyunlarda hər birinin vəzifəsi fərqli olan çoxlu işçi qruplar var. Radiokommunikasiya həmin işçi qruplar arasında əlaqəni təmin edəcək", - Mark Qrin-Sims deyib. 

Onun sözlərinə görə, Oyunlar zamanı həm mobil, həm də stasionar radiostansiyalardan istifadə olunacaq. Menecer bildirib ki, Oyunlarda qarşıya qoyulan vəzifəni yerinə yetirmək üçün bütün radiostansiyalar hazırdır.

Menecer həmçinin avadanlıqların GPRS-lə təmin edildiyini və ona görə də həmin avadanlıqlara nəzarətin mümkün olduğunu söyləyib. O, həmçinin avadanlıqlardan istifadə üçün treninqlər keçirildiyini deyib. Çünki insanların əksəriyyəti bunu ilk dəfə görür.

Radioəlaqələr üzrə menecer həmçinin Oyunlar zamanı əlaqə üçün lazımi aksesuarların da hazır vəziyyətdə olduğunu deyib. O, "Motorola" aksesuarlarının seçimində dayanmalarını bu aksesuarların böyük Oyunların tələbinə cavab verməsi ilə izah edib.

"Oyunlar zamanı həmçinin "Motorola" qulaqcıqlarından istifadə oluncaq. Həmin qulaqcıqlar hətta ən güclü səs-küydə belə səsi aydın eşitməyə imkan verir", - menecer qeyd edib. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

I Avropa Oyunlarına 5 min radioqurğu ayrılıb

12-06-2015

PK üçün ən çox satılan oyunlar

15-12-2008

Yayın sonunda ən çox satılan kompüter oyunları

12-09-2008

Apple Motorola-nı Avropa komisiyasına şikayət edib

23-02-2012

Əli Abbasov: “Avropa Oyunlarına radiotexniki xidmətin verilməsi üçün sistemlər tam hazırdır”

29-05-2015

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015

Mobil sektorun nəhəngləri arasında savaş başladı

01-11-2010

Mark Zuckerberq qaçqın düşərgələrini internetə qoşacaq

28-09-2015

Media kəndində və arenalarda texnoloji təminat necədir ?

19-06-2015

Avropa Oyunlarında BULUD texnologiyalarından istifadə edilib

12-06-2015

Google-da oyun da oynamaq olacaq

25-06-2011

Nokia lider mövqelərini geri qaytarmaq niyyətindədir

06-07-2010

Bakıda gənc sahibkarlar və menecerlər üçün İT-treninqlər keçirilib

22-12-2008

4 dollara Motorola

17-12-2008

KATV1-də işləmək istəyənlər üçün fürsət

12-02-2016

WiMAX artıq avtomobildə

29-09-2008

Avropa Oyunları üzrə hərəkət zolaqları müşahidə kameraları vasitəsilə izləniləcək

19-05-2015

TikTok öz yeni funksiyalarını sınaqdan keçirir

21-05-2022

Olimpiya Oyunları zamanı İnternetdən istifadə tam təmin olunacaq

09-02-2015

Mark Zuckerberg Roma Papasına maraqlı hədiyyə təqdim edib -Foto

30-08-2016

Motorola Fujifilm-ə təzminat ödəyəcək

07-05-2015

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

08-10-2015

“Microsoft” əyləncəyə keçdi

28-06-2010

Yeni Motorola – gözəl və bahalı

22-10-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə