Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Pensiya kalkulyatoru” elektron xidmətindən 368 min dəfə istifadə edilib.
Xeberler.az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin elektron xidmət istifadəçiyə mövcud qanunvericilik əsasında ona yaşa görə pensiya hüququnun yaranacağı tarix, hər üç pensiya növü (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı və pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumatları əldə etmək imkanı verir.
Ölkənin vahid sosial reyestri olan e.sosial.az portalına keçid edərək, həmin elektron xidmətdən istifadə edən hər bir şəxs fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında ona təyin oluna biləcək pensiya məbləğini hesablaya bilər.
2020-ci ildə istifadəyə verilmiş “Pensiya kalkulyatoru” elektron xidmətindən ötən dövrdə istifadə sayı isə 4,7 milyonu ötüb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları