“I sinfə elektron qəbul ilə bağlı problemli ərazilər var”

14-09-2015 / 13:09

"I sinfə qəbul Bakıda problemli ərazilərin olduğunu üzə çıxarıb".

Xeberler.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi səlahiyyətlərini icra edən Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, bu il elektron vasitələrlə I sinfə qəbul prosesi Bakıda problemli ərazilərin müəyyənləşdirilməsinə imkan yaradıb: "Təhlil göstərir ki, məktəbə qəbulla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinə müraciətlərin böyük əksəriyyəti məhz həmin ərazilərlə bağlıdır. Yaxın günlərdə məktəbə qəbul kampaniyası başa çatdıqda bu istiqamətdə müvafiq təkliflər təqdim ediləcək”.

Nazir müavini qeyd edib ki, bu günlərdə 133 №li məktəb Elitar Gimnaziya, 150№li məktəb isə 6№li məktəb-liseylə birləşdirilib, 28 nömrəli məktəbin şagird-müəllim kontingenti 44 nömrəli məktəbə köçürülüb: "Düşünürəm ki, şəbəkənin rasionallaşdırılması işi qarşıdakı illərdə də davam etdirilməlidir”.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə