I yarımildə dövlət qurumlarının adına bənzər 19 domen bloklanıb

16-07-2025 / 10:45

Bu ilin I yarısında Azərbaycanda dövlət qurumlarının adına bənzər 19 saxta domen bloklanıb.

Xeberler.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 % azdır.

2025-ci ilin ilk 6 ayında ölkədə 26 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 37 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 130 yeni subdomen verilib ki, bu da illik müqayisədə 17 % azdır.

Xatırladaq ki, 2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb. Hesabat dövründə 100 saxta domen aşkarlanaraq bloklanıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə