“Meta”nın qurucusu Mark Zukerberq ABŞ-da nəhəng süni intellekt məlumat mərkəzləri qurmaq üçün yüz milyardlarla dollar xərcləyəcəyini bildirib.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Mark Zukerberqin sözlərinə görə, "Prometey" adlı ilk çox-giqavatlıq məlumat mərkəzi 2026-cı ildə fəaliyyətə başlamalıdır. Platformalardan biri demək olar ki, Manhetten ölçüsündə - 59,1 kvadrat kilometr ərazini tutacaq.
“Meta” şirkəti “super intellekt” adlanan texnologiyanın inkişafına böyük sərmayə qoyur. Onun rəhbərliyinin fikrincə, bu texnologiya ən ağıllı insanları üstələyə bilər. Əsasən onlayn reklamdan qazanan şirkət keçən il 160 milyard dollardan çox gəlir əldə edib.
Zukerberq “Threads”də dərc olunan paylaşım vasitəsilə bildirib ki, “Meta” bir neçə giqavat gücündə bir neçə klaster qurur və onlardan biri “Hyperion” adlanır. Bir neçə il ərzində onun gücü beş giqavata qədər arta bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları