Previous Next
Bağla

İcbari Sığorta Bürosunun “Çağrı Mərkəzi” yenilənib

08-01-2025 12:44
İcbari Sığorta Bürosunun “Çağrı Mərkəzi” yenilənib

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) vətəndaş müraciətlərinin daha operativ və keyfiyyətli şəkildə cavablandırılmasını təmin etmək üçün “Çağrı Mərkəzi”nin fəaliyyətini təkmilləşdirib.

Xeberler.az bildirir ki, bu məqsədlə yeni *9707 qısa nömrəsi istifadəyə verilib. Ölkəxarici nömrələrdən zəng edənlər üçün isə +994 12 525 97 07 nömrəsi nəzərdə tutulub.

“Çağrı Mərkəzi” vətəndaşlara 7 gün 24 saat olmaqla Azərbaycan, rus və ingilis dillərində xidmət göstərir. Vətəndaşlar “Çağrı Mərkəzi”nə müraciət edərək İSB-nin informasiya sisteminə daxil olan 5 icbari sığorta növü (Daşınmaz əmlakın icbari sığortası, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, Sərnişinlərin icbari fərdi qəza sığortası, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta), “Yaşıl kart” sığorta sistemi, kompensasiya ödənişləri və büronun səlahiyyətlərinə aid digər məsələlər barədə ətraflı və operativ məlumat əldə edə bilərlər.

“Çağrı Mərkəzi” müraciətlərin qəbulunu və yönləndirilməsini sürətləndirən innovativ sistemlərlə təchiz olunub. Əməkdaşlar xüsusi təlimlərə cəlb edilərək kommunikasiya texnologiyaları, müştəri xidməti standartları və effektiv ünsiyyət bacarıqları üzrə dərin biliklər əldə ediblər. Mərkəzə daxil olan bütün müraciətlər avtomatik olaraq qeydiyyata alınır və cavablandırılma prosesi tam şəkildə izlənilir. Zəngin qəbul edilmədiyi hallarda vətəndaşla əks əlaqə yaradılır və müraciətlərin vaxtında həlli təmin edilir.

“Çağrı Mərkəzi” vasitəsilə göstərilən bütün xidmətlər ödənişsizdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Bu il bütün icbari sığortalar elektron müqaviləyə keçiriləcək"

02-05-2023

Vətəndaşların sığortanı asanlıqla onlayn almaları üçün daha bir addım

02-02-2023

E-sistem üzərindən icbari sığorta müqaviləsi bağlanan işçilərin sayı artıb

27-05-2021

İcbari sığorta haqlarını ödəmək asanlaşdı

08-01-2018

DOST xidmətlərinin sayı artaraq 162-ə çatıb

02-01-2026

İcbari sığorta elektron məlumat mübadiləsinə əsaslanacaq

22-08-2019

Avtomobillərin icbari sığortası internetlə satılacaq

09-09-2016

İcbari tibbi sığortanın "Onlayn çat" xidməti fasiləsiz işləyir

06-03-2025

Daha bir sığorta şirkəti onlayn satışa başlayıb

02-12-2015

“1542” Çağrı mərkəzinin “Onlayn çat” xidməti istifadəyə verilib

19-12-2024

Azərbaycanda daşınmaz əmlakın sığortalanmasının elektronlaşması bazara necə təsir edəcək?

17-05-2023

Dövlət Xidmətindən İcbari Sığorta Bürosuna kiberhücumla bağlı açıqlama

20-06-2022

Dövlət icbari şəxsi sığorta üzrə ödənişlər proaktiv qaydada təyin ediləcək

26-04-2022

Hesab.az-dan sığorta etmək istəyənlərə şad xəbər

16-07-2019

İcbari sığortanı onlayn sifariş edin

21-07-2015

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020

“Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılacaq

31-12-2021

“Dövlət icbari şəxsi sığorta” altsisteminin hazırlanması işləri yekunlaşmaq üzrədir

04-04-2022

Azərbaycanda onlayn sığorta platforması istifadəyə verildi

03-06-2019

Vətəndaşlar nəqliyyatın icbari sığortasını onlayn formada edəcək

07-03-2017

193 Çağrı Mərkəzi fəaliyyətini davam edir

05-07-2018

Onlayn sığorta alanların sayı çoxalıb

07-07-2015

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciətlərin sayı azalıb

02-09-2016

Golden Pay-in hədiyyə yarışı narazılığa səbəb olub

12-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə