İcbari Sığorta Bürosunun “Çağrı Mərkəzi” yenilənib

08-01-2025 / 12:44

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) vətəndaş müraciətlərinin daha operativ və keyfiyyətli şəkildə cavablandırılmasını təmin etmək üçün “Çağrı Mərkəzi”nin fəaliyyətini təkmilləşdirib.

Xeberler.az bildirir ki, bu məqsədlə yeni *9707 qısa nömrəsi istifadəyə verilib. Ölkəxarici nömrələrdən zəng edənlər üçün isə +994 12 525 97 07 nömrəsi nəzərdə tutulub.

“Çağrı Mərkəzi” vətəndaşlara 7 gün 24 saat olmaqla Azərbaycan, rus və ingilis dillərində xidmət göstərir. Vətəndaşlar “Çağrı Mərkəzi”nə müraciət edərək İSB-nin informasiya sisteminə daxil olan 5 icbari sığorta növü (Daşınmaz əmlakın icbari sığortası, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, Sərnişinlərin icbari fərdi qəza sığortası, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta), “Yaşıl kart” sığorta sistemi, kompensasiya ödənişləri və büronun səlahiyyətlərinə aid digər məsələlər barədə ətraflı və operativ məlumat əldə edə bilərlər.

“Çağrı Mərkəzi” müraciətlərin qəbulunu və yönləndirilməsini sürətləndirən innovativ sistemlərlə təchiz olunub. Əməkdaşlar xüsusi təlimlərə cəlb edilərək kommunikasiya texnologiyaları, müştəri xidməti standartları və effektiv ünsiyyət bacarıqları üzrə dərin biliklər əldə ediblər. Mərkəzə daxil olan bütün müraciətlər avtomatik olaraq qeydiyyata alınır və cavablandırılma prosesi tam şəkildə izlənilir. Zəngin qəbul edilmədiyi hallarda vətəndaşla əks əlaqə yaradılır və müraciətlərin vaxtında həlli təmin edilir.

“Çağrı Mərkəzi” vasitəsilə göstərilən bütün xidmətlər ödənişsizdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə