Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-Sosial portalında vətəndaşlara xidmət keyfiyyətinin artırılması məqsədilə süni intellekt əsaslı “iDost” rəqəmsal köməkçi xidməti istifadəyə verilib.
Xeberler.az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, platformanın əsas səhifəsində yerləşən “iDost” bölməsi vasitəsilə vətəndaşlar saytın menyusunda axtarış aparmadan, sadəcə istəklərini yazmaqla müvafiq elektron xidmətlərə birbaşa keçid edə və ya həmin xidmətlər barədə ətraflı məlumatlana bilirlər. Məsələn, “Pensiyamı yoxlamaq istəyirəm” və ya “Elektron arayış almalıyam” kimi sorğular əsasında süni intellekt istifadəçini saniyələr ərzində uyğun xidmətə yönləndirir.
“iDost” vətəndaşların pensiya təminatı, sosial ödənişlər, əlillik, arayışların əldə olunması və digər sosial xidmətlərlə bağlı suallarını operativ şəkildə cavablandırmaq imkanına malikdir. İstifadəçilər suallarını sərbəst formada yazaraq lazımi məlumatları və xidmət linklərini əldə edə bilirlər.
Sistemin mühüm üstünlüklərindən biri vətəndaşlarla qarşılıqlı əlaqə mexanizminin mövcudluğudur. Süni intellektin təqdim etdiyi cavabların keyfiyyətinin artırılması məqsədilə xüsusi qiymətləndirmə funksiyası yaradılıb. İstifadəçilər cavabları ulduzlarla qiymətləndirə, həmçinin rəy və təkliflərini bölüşərək sistemin daha da təkmilləşdirilməsinə töhfə verə bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları