“İnternetdə fikir və söz azadlığı ” müzakirə olunacaq

26-05-2015 / 11:46

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “İnternetdə fikir və söz azadlığı” mövzusunda “dəyirmi masa” keçiriləcək. Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, iyunun 4-də baş tutacaq tədbir Azərbaycanda həyata keçirilən “İnsan hüquqları aylığı” çərçivəsində reallaşacaq.

 Bu barədə RYTN-in Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.

 O bildirib ki, sözügedən “dəyirmi masa”da Azərbaycanda internetin azadlığından, insanların sərbəst şəkildə özünü ifadə imkanlarından, bu istiqamətdə olan qanunvericilikdən, dünya təcrübəsindən və inkişaf perspektivlərindən söz açılacaq.

 Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı”  keçirilir.

 Aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək maarifləndirmə tədbirləri, cari ilin birinci yarısında insan hüquqları sahəsində görülən işlər haqqında məlumatları, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflərini ombudsmana təqdim edəcəklər. 

 Həmin aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcəkdir.  

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.