Previous Next
Bağla

İKTA-da “Ookla” şirkətinin prezidenti ilə görüş keçirilib

24-06-2025 12:52
İKTA-da “Ookla” şirkətinin prezidenti ilə görüş keçirilib

Dünyaca tanınmış “Ookla” şirkətinin prezidenti, eyni zamanda baş icraçı direktoru Stefen Bay Azərbaycanda səfərdədir.

Xeberler.az bildirir ki, səfər çərçivəsində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə “Ookla” təmsilçiləri arasında görüş keçirilib.

Görüş zamanı ölkədə rəqəmsal infrastrukturun inkişafı üzrə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Bildirilib ki, İKTA və “Ookla” şirkəti Azərbaycanın mövcud telekommunikasiya infrastrukturunun monitorinqi və təkmilləşdirilməsi sahəsində sıx əməkdaşlıq edir. Bu tərəfdaşlığın əsas məqsədi hər kəs üçün telekommunikasiya xidmətlərinin keyfiyyətini daha da artırmaqdır. Bu məqsədlə QoS (Xidmət keyfiyyəti) və QoE (Təcrübə keyfiyyəti) göstəriciləri üzrə məlumatların təqdim olunması və ölkə üzrə genişzolaqlı internetin əlçatanlığının artırılmasına dəstək təşəbbüsləri həyata keçirilir. “Ookla” rəhbərliyi mobil rabitənin əhatə dairəsi və ya sabit genişzolaqlı şəbəkə

infrastrukturu sahəsində təkmilləşdirmə imkanlarının müəyyən edilməsində, radiospektr analizində, müvafiq sahədə istehlakçı şikayətlərinin araşdırılmasında və digər məsələlərdə İKTA-ya yeni müasir həllərini təklif etməklə daha sıx əməkdaşlıq təklif edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəşad Nəbiyev “Ookla” şirkətinin prezidenti ilə görüşüb

24-06-2025

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

22-04-2025

İKTA provayderlərin internet sürət göstəricilərini dərc edib

23-12-2025

RİNN-də “Ookla” şirkətinin vitse- prezidenti ilə görüş keçirilib

03-11-2025

Ötən ay Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

16-01-2026

İKTA provayderlərin yanvar ayı üzrə sürət göstəricilərini dərc edib

17-02-2026

İKTA provayderlərin dekabr üzrə sürət göstəricilərini dərc edib

19-01-2026

İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

17-03-2026

Ookla: Süni intellektin inkişafı etibarlı bağlantıdan asılı olacaq

27-01-2026

Azərbaycanda ölçüləbilən internet dövrü başlayır

20-02-2026

"Bakcell mobil internetin sürətinə görə ölkədə liderdir" - Netindex

10-03-2015

ÜPİ ilə İKTA arasında əməkdaşlıq imkanları müzakirə edilib

13-05-2025

İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

23-12-2025

Agentlikdə İKTA nümayəndələri ilə görüş keçirilib

20-02-2026

"Ookla Azərbaycandan nə istəyir?" – konsaltinq xidməti, yoxsa data - Ekspert

24-06-2025

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026

Azərbaycan və BƏƏ əməkdaşlığı genişləndirir

26-11-2025

İKTA Bakıda və Abşeronda mobil rabitənin keyfiyyətini ölçüb

02-07-2025

“Ookla” “Onlayn Azərbaycan” haqqında analitik məqalə yayımlayıb

14-05-2025

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir  

25-07-2022

İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

06-02-2025

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə