"Ookla Azərbaycandan nə istəyir?" – konsaltinq xidməti, yoxsa data - Ekspert

24-06-2025 / 15:00
"Ookla Azərbaycandan nə istəyir?" – konsaltinq xidməti, yoxsa data
 
Dünyanın tanınmış internet sürətləri ölçən platforması “Ookla”nın rəhbəri Azərbaycanda səfərdədir. Nazir Rəşad Nəbiyev və İKTA rəhbəri Nail Mərdanovla görüşüblər.
 
Əməkdaşlıqlar müzakirə olunub, son 4 ildə internetə çıxışın 4 dəfə artdığı vurğulanıb.
 
Xeberler.az bildirir ki, buna Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspertin sözlərinə görə, açıqlanan məlumatlardan belə qənaətə gəlmək olur ki, şirkət İKTA ilə telekommunikasiya, mobil rabitə və internet sektorunun monitorinqi, xidmət keyfiyyəti və spektr analizləri üzrə əməkdaşlıq təklif edir:
 
"Görünən odur ki, şirkət sadəcə sürət testləri aparan texnoloji platforma olmaqla kifayətlənmək istəmir – eyni zamanda konsaltinq xidmətləri də təklif edir.
 
Bu, bəlkə də pis deyil. Amma burada bəzi suallar yaranır:
- Ödənişli əməkdaşlıq maraq toqquşması yaradacaqmı, onun reytinqlərinə təsir edəcəkmi?
 
- Reytinqdə bir neçə pillə yuxarıda olmaq real istifadəçi təcrübəsini dəyişirmi?
 
Əlbəttə, obyektiv texniki göstəricilərlə hazırlanmış hesabatlar, qiymətləndirmələr önəmlidir.
 
Amma reytinqlərdən çox, real nəticələr – internetin qiyməti, əhatə dairəsi, istifadəçi məmnuniyyəti, rəqabətli mühit – daha vacibdir".
 
Osman Gündüz bildirib ki, bir müddət öncə RİNN ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq problemini həll etdiyini açıqlayıb. Artıq hər bir vətəndaşın harada olmasından asılı olmayaraq yüksək sürətli internetə əlçatanlığı var. Son 10-15 ildə həllini gözləyən bir məsələ artıq bitib:
 
"Düşünürəm ki belə bir zamanda, belə bir nəhəng infrastruktur yenilənməsindən sonra adi bir reytinq dalınca düşmək də prioritet olmamalıdır.
 
Rəqabətli mühitin formalaşmasına fokuslanmaq, 5G və digər yeni texnologiyalarla internetə əlçatanlıq yaratamaq, Kommunikasiyalarla bağlı qanunvericiliyi təkmilləşdirmək daha doğru olardı.
 
Azərbaycan üçün indiki məqamda vacib olan “Speedtest”dəki yer deyil, tələbata uyğun müxtəlif qiymət və sürət seçimləridir.
 
Bütün vətəndaşlar üçün seçim vermədən, minimal 25 manat qiymət müəyyən edilməsi Azərbaycan internetində həllini gözləyən əsas məsələlərindən biridir".

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə