İKTA nümayəndəsi “Mobil Dünya Konqresi 2025”də iştirak edib

24-06-2025 / 22:59

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İnformasiya texnologiyaları departamentinin direktoru İslam Bağırzadə “GSMA”in Çinin Şanxay şəhərində təşkil edilən “Mobil Dünya Konqresi 2025”də (MWC 2025) iştirak edib. 

Xeberler.az bildirir ki, bu çərçivədə “Powering the APAC Digital Economy Through Innovation” (İnnovasiya vasitəsilə APAC – Asiya-Sakit Okean regionunun rəqəmsal iqtisadiyyatını gücləndirmək) tədbirində hökumət nümayəndələri, tənzimləyici qurumların təmsilçiləri bir araya gəliblər.

Əsas müzakirə mövzularından biri APAC regionunda inklüziv və dayanıqlı iqtisadi artımı təşviq etmək üçün innovativ siyasət çərçivələri və tənzimləyici yanaşmalar olub. 

Tədbirdə, həmçinin qlobal trendlərə uyğun olaraq mobil texnologiyalar, rəqəmsal infrastruktur və yeni tətbiqlərin iqtisadi strategiyalara inteqrasiyası vurğulanıb.

Qeyd edək ki, GSMA tərəfindən “Rəqəmsal dövlətlər” (Digital Nations) təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masa müzakirələri APAC regionunda daha rəqabətli, dayanıqlı və innovativ rəqəmsal gələcəyin qurulmasına töhfə verməyi hədəfləyir.

İKTA rəsmisi “MWC 2025” çərçivəsində cihaza birbaşa bağlantı (direct-to-device – D2D) texnologiyaları üzrə çağırışlar mövzusunda keçirilən dəyirmi masa müzakirələrinə də qatılıb. Bu dəyirmi masa D2D qoşulmasının tənzimlənməsi məsələlərinə həsr olunub. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə