Previous Next
Bağla

İKTA nümayəndəsi ÜPİ-nin Poçt Əməliyyatları Şurasının iclasında iştirak edib

25-02-2025 18:20
İKTA nümayəndəsi ÜPİ-nin Poçt Əməliyyatları Şurasının iclasında iştirak edib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) Poçt rabitəsi şöbəsinin müdiri Vüqar Səmədov fevralın 17-21-də İsveçrənin Bern şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) Poçt Əməliyyatları Şurasının (PƏŞ) iclasında iştirak edib.

Xeberler.az bildirir ki, bu tədbir 2025-ci ildə Dubayda baş tutacaq Konqresdən əvvəl son strateji görüş olaraq dünyanın 50-dən çox ölkəsindən 300-dən artıq nümayəndəni bir araya gətirib.

Bir həftə davam edən iclasda qlobal poçt xidmətlərinin gələcəyini formalaşdıracaq Dubay Dünya Poçt Strategiyası və Biznes Planının müzakirəsi aparılıb. Eyni zamanda
PƏŞ-in əsas vəzifələrindən biri olaraq poçt xidmətlərinin modernləşdirilməsi və beynəlxalq əlaqələrin daha səmərəli qurulması istiqamətində mühüm addımlar atılıb.

Bu iclasın əsas məqamlarından biri ÜPİ-nin “Electronic Advanced Data” (EAD) sisteminin gücləndirilməsi ilə bağlı yeni təşəbbüsüdür. “Zonos” və “Hurricane Commerce” kimi qabaqcıl beynəlxalq texnologiya şirkətləri ilə inteqrasiyalar nəticəsində ÜPİ-nin Gömrük Bəyannaməsi Sistemi (CDS) daha da təkmilləşdiriləcək.

Yeni təqdim olunan “CDS 2024 Service Pack 1” poçt rabitəsi operatorlarına gömrük prosedurlarını daha effektiv idarə etməyə imkan yaradacaq.

Dubay Konqresinin yaxınlaşması ilə bu iclas ÜPİ-nin növbəti strategiya dövrü üçün siyasət və prioritetlərin müəyyən olunması baxımından həlledici məqamdır.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Avropa Poçt Tənzimləmə Komitəsinin iclasında təmsil olunub

02-07-2025

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

İKTA uyğunluq sertifikatı olmayan avadanlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edir

09-02-2024

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024

İKTA əməkdaşları Riqada keçirilən SEWG görüşündə iştirak ediblər

21-11-2024

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

16-04-2024

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İnternet xidməti təchizatçılarının nümayəndələri üçün təlim təşkil olunub

14-05-2025

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

AYİB-in dəstəyi ilə İKTA əməkdaşları üçün təlim keçirilib

31-10-2024

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

30-04-2024

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə