Previous Next
Bağla

İKTA: İnternet sürəti ölçülərkən provayder adlarının fərqli görünməsi araşdırılır

24-02-2026 14:22
İKTA: İnternet sürəti ölçülərkən provayder adlarının fərqli görünməsi araşdırılır

Son dövrlərdə evdə internet sürətinin ölçülməsi zamanı provayder adlarının fərqli görünməsi ilə bağlı müraciətlərin sayı artıb.

Xeberler.az bildirir ki, məsələ ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) açıqlama yayıb.

Bildirilib ki, istifadəçilər sürət ölçmə platformalarında, o cümlədən məşhur Speedtest xidmətində müqavilə bağladıqları internet xidmət təchizatçısının (İSP) adı əvəzinə fərqli provayder adlarının göstərildiyini müşahidə edirlər.

Agentliyin açıqlamasına görə, bu hallar əsasən texniki səbəblərlə bağlıdır. Belə ki, sürət ölçmə platformalarında göstərilən provayder adı istifadəçinin qoşulduğu IP ünvanının beynəlxalq qeydiyyat məlumatları və şəbəkənin “AS” (Autonomous System) identifikasiyası əsasında avtomatik müəyyən edilir. Bu səbəbdən bəzi hallarda istifadəçinin müqavilə bağladığı brend adı ilə texniki identifikasiya məlumatları arasında uyğunsuzluq yarana bilər.

Bununla yanaşı, İKTA qeyd edir ki, bəzi provayderlər üzrə brend təqdimatı ilə faktiki şəbəkə identifikasiyası arasındakı fərqlərin sistematik xarakter daşıması ehtimalı da araşdırılır. Xüsusilə IP resurslarının və şəbəkə strukturlarının məqsədli şəkildə bölüşdürülməsi nəticəsində ölçmə nəticələrinin fərqli brendlər altında toplanması və bunun bazar reytinqlərinə təsiri ciddi narahatlıq doğurur.

Agentlik vurğulayıb ki, belə halların təsdiqlənəcəyi təqdirdə bu cür yanaşmalar istehlakçıların düzgün məlumatlandırılması prinsiplərinə və sağlam rəqabət mühitinə zidd hesab olunacaq.

Hazırda məsələ ilə bağlı geniş texniki və hüquqi təhlillər aparılır. Araşdırmaların nəticələrindən asılı olaraq ictimaiyyətə əlavə məlumat veriləcək və qanunvericiliyə uyğun tədbirlər görüləcək.

İKTA internet xidmət təchizatçılarına bir daha xatırladıb ki, brend təqdimatı ilə faktiki şəbəkə identifikasiyası arasında uyğunsuzluq yaratmaq və ya ölçmə platformalarının nəticələrini manipulyasiya etməyə yönəlmiş hər hansı cəhdlər bazar etimadına ciddi zərbə vurur və qəbuledilməzdir.

Agentlik şəffaflıq, düzgün məlumatlandırma və ədalətli rəqabət prinsiplərinin qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirəcəyini bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Provayderlər internet istifadəçilərin müqavilə şərtlərini məhdudlaşdıra bilməyəcəklər

Provayderlər internet istifadəçilərin müqavilə şərtlərini məhdudlaşdıra bilməyəcəklər

17-02-2024
Azərbaycanda uçota durmayan internet provayderi cərimələnib

Azərbaycanda uçota durmayan internet provayderi cərimələnib

10-08-2023
İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

17-03-2026
İKTA “İnternet xidmətləri üzrə istehlakçı təcrübəsi sorğusu”nun keçirilməsinə başlayıb

İKTA “İnternet xidmətləri üzrə istehlakçı təcrübəsi sorğusu”nun keçirilməsinə başlayıb

12-06-2024
Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023
İKTA provayderlərin yanvar ayı üzrə sürət göstəricilərini dərc edib

İKTA provayderlərin yanvar ayı üzrə sürət göstəricilərini dərc edib

17-02-2026
İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025
İKTA provayderlərin internet sürət göstəricilərini dərc edib

İKTA provayderlərin internet sürət göstəricilərini dərc edib

23-12-2025
Provayderlərə xəbərdarlıq edildi

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024
İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026
Azərbaycanda 107 internet operator və provayder uçota alınıb

Azərbaycanda 107 internet operator və provayder uçota alınıb

02-06-2023
İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

23-12-2025
İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024
İKTA: İnternet provayderlərin rəsmi saytları olmalıdır

İKTA: İnternet provayderlərin rəsmi saytları olmalıdır

02-04-2026
MTK-larda ən azı 3 fərqli provayderin xidmət göstərməsi zəruridir

MTK-larda ən azı 3 fərqli provayderin xidmət göstərməsi zəruridir

09-12-2025
İKTA internet provayderlərinin internet sürət göstəricilərini təqdim edib

İKTA internet provayderlərinin internet sürət göstəricilərini təqdim edib

17-06-2026
İnternet xidməti təchizatçılarının nümayəndələri üçün təlim təşkil olunub

İnternet xidməti təchizatçılarının nümayəndələri üçün təlim təşkil olunub

14-05-2025
İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

06-02-2025
“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025
Azərbaycanda İnternet bazarına əsasən 10 provayder nəzarət edir

Azərbaycanda İnternet bazarına əsasən 10 provayder nəzarət edir

20-02-2024
İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

22-04-2025
İKTA operator və provayderlərin fəaliyyətinin uyğunluğunu nəzərdən keçirib

İKTA operator və provayderlərin fəaliyyətinin uyğunluğunu nəzərdən keçirib

04-03-2026
İKTA: “E-Şikayət” provayderlər üzrə xidmət keyfiyyətini müqayisə edir

İKTA: “E-Şikayət” provayderlər üzrə xidmət keyfiyyətini müqayisə edir

29-01-2026
Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə