“Tesla” “Robotaxi” xidmətini istifadəyə verib

23-06-2025 / 14:00

ABŞ-ın “Tesla” korporasiyası məhdud sayda istifadəçi üçün pilotsuz taksi (“Robotaxi”) xidmətini istifadəyə verib.

Xeberler.az bildirir ki, “İnsider” nəşrinin məlumatına görə, “Robotaxi” xidmətinə ilk sifarişlər iyunun 22-də baş tutub. Xidmət hazırda yalnız Texas ştatının Ostin şəhərində istifadəyə verilib. “Robotaxi” hələ ki yeni nəqliyyat növünü sınamaq istəyən istifadəçilər üçün məhdud rejimdə işləyəcək.

Korporasiyanın rəhbəri İlon Mask xidmətə cəlb olunan avtomobillərin yeni olduğunu və sərnişin daşımaları üçün hazırlandığını bildirib. Onun sözlərinə görə, istənilən “Tesla” avtomobili taksi kimi istifadə oluna biləcək şəklə salına bilər.

Xatırladaq ki, aprel ayının sonlarında “Tesla” öz işçiləri üçün test rejimində “Robotaxi” xidmətini işə salıb. İlkin sınaqlar zamanı pilotsuz taksinin sükanı arxasında yalnız onun hərəkətinə nəzarət edən operator oturub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə