Previous Next
Bağla

İnarə Vəliyeva: Xidmətlərin rəqəmsallaşdırılması üçün dövlət qurumları ilə yol xəritəsi hazırlanıb

17-09-2024 12:39
İnarə Vəliyeva: Xidmətlərin rəqəmsallaşdırılması üçün dövlət qurumları ilə yol xəritəsi hazırlanıb

Hazırda "mygov" üzərindən 40-dan artıq məlumat və sənəd istifadəyə verilib, amma onlardan 4-nün hüquqi əsası yaradılıb.

Xeberler.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədri İnarə Vəliyeva deyib.

"Bunlar ölüm haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə, nigah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsidir"- deyə İ.Vəliyeva əlavə edib.

İ.Vəliyeva dövlət xidmətlərinin də "mygov"a köçülürməsi barədə fikirlərini bölüşüb:

"Hazırda demək olar ki, bütün xidmətlər əslində "mygov" üzərindən təqdim edilir. Amma biz onları maksimum olaraq vətəndaşyönümlü etməyə çalışırıq. Yəni ki, həyat hadisələri formatında təqdim etmək istəyirik. Tutaq ki, bu gün hansısa vətəndaşın övladı dünyaya gəlibsə, o, prosesin əvvəlindən sonuna qədər rəqəmsallaşdırılmış formada, yəni digər dövlət qurumlarına getmədən və ya platformadan platformaya keçid etmədən özünə lazım olan xidməti ala biləcək. Bu, artıq 3 həyat hadisəsi, yəni ölüm, doğum və nigah hadisələri üçün mümkündür. Nigahda bu tam rəqəmsal olmayacaq. Yəni insan sonda mütləq gedib fiziki olaraq da prosedə iştirak etməlidir".

İ.Vəliyeva qeyd edib ki, ümumilikdə 11 həyat hadisəsi var və onlardan hər birinin 2026-cı ilin sonuna qədər rəqəmsallaşdırılması planlaşdırılır:

"Eyni zamanda, bir çox dövlət qurumu var ki, onların ən çox fiziki formada istifadə olunan xidmətlərini biz "mygov"da maksimim asanlaşdırılmış şəkildə təqdim etməyə hazırlaşırıq. Bu dövlət qurumları onlarladır. Biz həmin qurumlarla yol xəritəsi qurmuşuq ki, hansı xidmətləri hansı ardıcıllıqla rəqəmsallaşdırdığımızı müəyyən edək. Eyni zamanda datanı təmizləyirik. Bu gün vətəndaş tətbiqə daxil olduqda bəzən deyir ki, hansısa məlumat səhv göstərilib və ya məlumat çatışmır. Bütün bunların aradan qaldırılması üçün birgə əməkdaşlıq tələb olunur".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnarə Vəliyeva: Hazırda 600 min istifadəçi “Mygov”dan istifadə edir

11-10-2024

Bütün rəqəmsal dövlət xidmətləri "mygov" üzərindən təqdim ediləcək

17-09-2024

İnarə Vəliyeva: “mygov”, sadəcə, bir platforma deyil, vətəndaşlar üçün dəstək və qayğının rəmzidir

17-09-2024

İnarə Vəliyeva: "Azərbaycanda kibertəhlükəsizlik sahəsində kifayət qədər mütəxəssis yoxdur"

31-01-2024

Doğum şəhadətnaməsinə müraciət "mygov"a inteqrasiya edilib

08-01-2025

İnarə Vəliyeva: Apreldə "Mygov" platformasının yeni versiyasının istifadəyə verilməsi planlaşdırılır

11-03-2024

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024

İnarə Vəliyeva: Rəqəmsal Sənəd Dövriyyəsinin məqsədi ətraf mühitə və ekoloji dayanıqlılığa müsbət təsirləri artırmaqdır

04-09-2024

Daha şəxsiyyət vəsiqəsini təqdim etməyə ehtiyac qalmayacaq

18-07-2024

İnarə Vəliyeva: "Daha bir neçə sahə rəqəmsallaşdırılacaq"

12-11-2024

Ekspert: Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır

29-10-2024

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026

İRİA: Azərbaycanı rəqəmsal sahədə lider dövlətə çevirmək məqsədimizdir

13-12-2024

Nikahın qeydə alınması “mygov”a inteqrasiya edilib

19-11-2024

Rəqəmsal sənədlərin hüquqi qüvvəsinin təmin edilməsi müzakirəyə çıxarılıb

12-06-2024

Şahin Əliyev: Bəzi obyektlərdə vətəndaşlardan şəxsiyyət vəsiqəsinin tələb edilməsi müəyyən risklər yaradır

17-09-2024

Texnoparkımızın 63 rezidenti var

19-12-2023

Yenilənmiş “mygov” rəqəmsal hökumət platforması artıq vətəndaşların istifadəsindədir

05-09-2024

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024

Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

17-09-2024

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025

İnarə Vəliyeva: Təhsil sahəsində xüsusi proqramları davam etdiririk

13-12-2024

Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

17-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə